FƏSĠL IV
AQROSƏNAYE TULLANTILARININ EKOLOGĠYASI
1997-ci ildə tullantıların federal təsnifat kataloqu hazırlandı. Bu kata-
loqun əsas vəzifəsi bütün növ tullantıların üçotunun təşkili və tullantıların
bazarı haqda dövlət təşkilatlarını informasiya ilə təmin etməkdir. Tullantı-
ların kataloqu – bu tullantı növlərinin siyahısıdır, tullantıların mənşəyini, aq-
reqat vəziyyətini, kimyəvi tərkibini və ekoloji təhlükəlilik səviyyəsini əhatə
edir (Сметанин В.И., 2000).
Tullantıların aşağıdakı növlərini fərqləndirirlər: sənaye tullantıları
(ST); bərk məişət tullantıları (BMT); çirkab sular (ÇS); tibbi tullantılar
(TT); gübrə kimi yararsız olanlar (GY). Tulllantılar tərkibindəki kimyəvi
maddələrin zəhərliliyindən asılı olaraq, ətraf mühitə müxtəlif dərəcədə təsir
göstərə bilirlər: həddən çox təhlükəlilər – I sinif zəhərlilər, yüksək təh-
lükəlilər – II sinif, orta təhlükəlilər – III sinif, az təhlükəlilər – IV sinif,
praktiki olaraq təhlükəsizlər - V sinif.
Sənaye və aqrosənaye kompleksinin tullantıları partlayış və yanğın
təhlükəli, oksidləşdirici qabiliyyətli, korroziya yaradanlar, zəhərli və
ekozəhərli ola bilirlər (Бурцева Н.Н., 2001).
Tullantıların təhlükəlilik səviyyəsi aşağıdakı bərabərliklə təyin olunur:
n
i
i
t
n
K
U
1
2
/
, (4.1)
hansı ki, tullantıların təhlükəlilik indeksi K
i
= YVQ / (Y
+ p
i
), burada
n – komponentlərin seçilmiş sayı, hansı ki, az əhəmiyyət kəsb edir K
i
; YVQ
– tullantıda kimyəvi maddənin yol verilən qatılığı; Y
i
- i maddəsinin suda
həll olmasını xarakterizə edən əmsal; p
i
– tullantıda i zəhərli maddəsinin
miqdarı.
Aqrosənaye tullantıları və ya ikinci maddi ehtiyatlar (İME) istifadə
spesifikliyinə görə altı qrupa bölünür:
● ərzaq məhsullatının tullantıları;
● yem tullantıları;
● toz formalı tullantılar;
● sənaye tullantıları;
● tikinti materialları tullantıları;
● yanacaq kimi istifadə olunan tullantılar.
İME – ı aşağıdakı səbəblərdən təsnifləşdirirlər: yaranma mənbəsinə
(bitki, mineral, kimyəvi); aqreqat vəziyyətinə görə (bərk, maye, qazformalı);
380
alınma texnologiyasına görə (xammalın ilkin emalı, xammalın ikinci emalı,
tullantıların sənaye emalı); əlavə işlər görülmədən təkrar istifadə imkanları;
yaranma həcminə görə (çoxtonlu – 100 min t/il –dən çox, aztonnajlı – 100
min t/il-ə qədər); istifadə olunma dərəcəsinə görə (tam istifadə olunan,
qismən istifadə olunan, istifadə olunmayan); sonrakı istifadə istiqamətlərinə
görə (ərzaq məhsulları, texnoloji yönümlü məhsullar); aid olduğu sahəyə
görə (şəkər, dən emalı sənayesi və s.).
Dostları ilə paylaş: |