Təsirin qiymətləndirilməsinin kriteriya bazası. Ətraf mühitə təsirin
indikasiyası üçün bir neçə sxem mövcuddur. Bu hər şeydən əvvəl davamlı
meşədən istifadə etmə kriteriyaları və ―Fövqəladə ekoloji hadisələr və
ekoloji fəlakət zonalarının üzə çıxarılması üçün ərazinin ekoloji vəziyyətinin
qiymətləndirilməsi kriteriyaları‖ – dır. Ekosistemin vəziyyətinin qiymətlən-
dirilməsində təbii komponentlərin funksional birliyi nəzərə alınır. Başqa
sözlə desək, ümumi qiymətləndirmə biotik və abiotik faktorların vəziy-
yətinin qiymətləndirilməsindən yaranır. Belə qiymətləndirmədə subyek-ti-
vizmdən qaçmaq və ekosistemin vəziyyətini şərtləndirən səbəbi açmaq olur
ki, bu da dəqiq təbiəti mühafizə tədbirlərinin hazırlanması üçün vacibdir.
―Ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi kriteriyalarına‖ uyğun
olaraq, ekoloji vəziyyət təbii - antropogen pozulmalar nəticəsində ekoloji
əlverişsizliyin artma dərəcəsinə görə təsnifləşdirilir (bax: ―Ərazinin ekoloji
vəziyyətinin qiymətləndiriləsi kriteriyaları‖, Fəsil 2. səh 62. )
|