üçün müəyyən olunması üzrə fəaliyyətdir: a) istehsalın və məhsulun idarə
dəfələrlə istifadə olunması; b) ətraf mühit, insanın sağlamlığı və həyatı üçün
d) təbii - texniki qəzaların yaranma riskini nəzərə almaqla təsərrüfat ob-
klassifikator, ətraf mühitin keyfiyyətinin standartları (YVQ), sahəvi (ƏSS)
440
milli standartlardan yüksək ola bilər.
Ekoloji pasport – dövlət standartlarına uyğun yaradılır: təbiəti müha-
fizə, sənaye müəssisəsinin ekoloji pasportu, əsas qaydalar, tiplərin forması.
Pasportlaşdırmanın məqsədi – müəssisənin özündə və ətrafında, eləcə də
təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsində ekoloji situasiyaların
proqnozlaşdırılmasıdır. Obyektin və ya müəssisənin ekoloji (təbiəti müha-
fizə) pasportu tələb və istifadə olunan bütün növ ehtiyatlar haqda, eləcə də
ətraf mühitə bütün təsirləri müəyyən edən məlumatları əhatə edən normativ
- texniki sənəddir.
Ekoloji pasport müəssisə tərəfindən öz vəsaitləri hesabına işlənib -
hazırlanır, respublikanın ərazi orqanları tərəfindən təsdiq..lənir və orada
qeydiyyatdan keçirilir. Ekoloji pasportun hazırlanması üçün istehsalın
razılaşdırılmış və təsdiq olunmuş əsas göstəriciləri, YVQ hesablanma
layihəsi, AYQ norması, ―təbiətdən istifadəyə‖ icazə, qaz
-
və su təmizləmə
qurğularının tullantıların utilizasiyası və istifadəsinə dair pasportu və s.
əsasdır.
Müəssisənin ekoloji pasportu aşağıdakı ardıcıllıqla düzülmüş
bölmələrdən ibarətdir:
1)
müəssisə haqda ümumi məlumatlar;
2)
müəssisənin yerləşdiyi rayonun təbii - iqlim şəraitinin qısa xarak-
teristikası;
3)
torpaq ehtiyatlarının istifadəsi haqqında məlumatlar;
4)
istehsal texnologiyasının qısa təsviri və məhsul haqqında məlumat-
lar, maddi axınların balans sxemi;
5)
təbiəti mühafizə texnologiyalarının qısa təsviri;
6)
müəssisənin ekoloji - iqtisadi fəaliyyəti haqda məlumatlar;
7)
təbii ətraf mühitə müəssisənin təsirinin qiymətləndirilməsi haqda
məlumatlar;
8)
ekoloji ekspertizanın materialları.
Ekoloji pasportu olmayan müəssisənin fəaliyyəti dayandırılır və ya
cərimə tətbiq olunur.
Dostları ilə paylaş: