M ü n d ə r I c a t


 Ətraf mühitin monitorinqi. Onun aparılmasının elmi-metodiki və



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə371/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   367   368   369   370   371   372   373   374   ...   437
5.5. Ətraf mühitin monitorinqi. Onun aparılmasının elmi-metodiki və 

təşkilati əsasları 

 

 5.5.1.

 

  Ekloloji monitorinqin əsas vəzifələri və sxemi 

Çox qədimdən insanlar təbii ətraf mühitin və onun elementlərinin əsas 

vəziyyəti,  onların  məkan-zaman  dəyişmələri  haqda  məlumatları  istifadə 

edirdilər. Ardıcıl meteoroloji, hidroloji, fenoloji və digər başqa müşahidələri 

xatırlatmaq kifayətdir. Əlbəttə, qeyd etmək lazımdır ki, bu müşahidələrdə bu 

və  ya  digər  komponentlərdə  gedən  təbii  dəyişikliklər  qeydə  alınırdı.  50-ci 



444 

 

illərdən  başlayaraq  təbiət  və  cəmiyyət  aralarında  qarşılıqlı  təsirlər  çox 



kəskinləşdi.  Biosfer  ehtiyyatlarının  nəzəriyyəsiz  istismarı  münasib 

kompleks  qərarların  toplanmasına  və  işlənməsinə  səbəb  oldu.  Belə  ki,  hələ 

1970-ci  ildən  YUNESKO  beynəlxalq  elmi  tədqiqat  proqramın  ―İnsan  və 

biosfer‖  (MAB  -  man  and  biosfera)  qəbul  olundu.  Proqramın  məqsədi 

dünyanın  müxtəlif  reqionlarında  çoxillik  kompleks  müşahidələr  aparmaq, 

insanların  ətraf  mühitə  təsirini  və  bu  proseslərin  insanlara  əks  təsirini 

gostərməkdir.  Bu  proqramı  90  ölkə  həyata  keçirir.  Müşahidə  spektirini 

genişləndirməklə  yanaşı  onların  əsasında  aktiv  təsir  və  idarəetmə 

elementləri  formalaşdı.  Nəticədə  bütöv  sistem  yarandı:  müşahidə, 

informasiya  hərəkəti  funksional  olaraq  özündə  birləşdirdi.  Bu  monitorinq 

adını  aldı.  "Monitorinq"  termini  (latınca  -  yada  salan)  70-ci  illərdən  təbii 

ətraf mühitin mühafizəsində çalışan mütəxəsisslərin leksikonuna daxil oldu. 

Bu  termin  1972-ci  ildə  BMT-nin  ətraf  mühitə  aid  Stokholm  konfransının 

tövsiyyələrində  ilk  dəfə  tövsiyyə  olunurdu.  Azərbaycan  da  Beynəlxalq 

Komitənin Ətraf Mühitə dair Proqramının iştirakçısıdır. Bu proqramın  əsas 

vəzifəsi  baş  verəcək  təbii  və  antropogen  təsirlərdən  ətraf  mühiti  və  insanı 

gözlənilən  zərərdən  qorumaqdır.  Deyilənlərə  əsaslanaraq  "monitorinq" 

anlayışının geniş izahını vermək olar. "Monitorinq-insanları əhatə edən təbii 

mühitin  vəziyyəti  haqda  müşahidə  və  nəzarət  sistemidir.  Təbiətin 

mühafızəsi,  təbii  ehtiyatların  rasioanal  istifadəsi  və  kritik  hadisələrin 

qarşısının  alınması.  İnsanların  saglamlığı,  canllı  orqanizmlərin  və  onların 

cəmiyyətlərinin,  təbii  komplekslər  və  obyektlərin  kəskin  dəyişmələrmin 

qarşısının alınmasıdır. 

Monitorinqin  vəzifələri  mühitin  vəziyyətinin  qiymətləndirilməsi  və 

onda  gedən  dəyişikliklərin  proqnozlaşdırılmasıdır.  Eləcə  də  ətraf  mühitin 

mühafizəsinə dair tədbirlər planının hazırlanması təbii ehtiyyatların rasional 

istifadə olunması və kiçik halların qarşısının alınması, insanlara canlı orqa-

nizmlərə təhlükə yaradacaq hallardan onların qoruması üçün tədbirdir. 

O,  biosfer  (qlobal)  reqional,  lokal  (inpakt)  ekoloji,  bioloji,  sanitar 

toksikoloji beynəlxalq, milli, baza (fon), birbaşa və distansion (o cümlədən 

aviasion və kosmik) və s. ola bilər. 

1978-ci  ildə  Riqada  və  1981-ci  Tbilisidə  ətraf  təbii  mühitin  çirklən-

məsinin kompleks qlobal monitorinqinə dair beynəlxalq simpozium keçirildi 

və  monitorinqin  əsas  vəzifələri  və  onları  həyata  keçirməyin  mümkün  olan 

yolları hərtərəfli müzakirə olundu. 

Mütəxəssislərin  monitorinqin  funksiyalarını  başa  düşməsi-  təkamü-

lünün  əsas  mərhələlər,  ekoloji  problemlərin  həllinin  ümumi  konsepsiyala-

rının inkişaf mərhələlərinin ardıcıllığı ilə təyin olunur. Belə konsepsiyaların 

variantlarının hər biri monitorinqi özlərinin vəzifə və istiqamətləri ilə zən-



445 

 

ginləşdirirdi. Bu mənada davamlı inkişaf konsepsiyasının əhəmiyyətini qeyd 



etməmək olmaz. O,  BMT-nin konfransında 1992-ci ildən Reo de-Janeyroda 

qəbul olundu. Konsepsiya müşahidə materialarının daha düzgün istifadəsini 

və  minitorinq  sisteminin  özünün  strukturunun  kamilləşməsini  təmin  edir. 

TƏM-in təbii dəyişikliklərini bir çox ölkələrdə fəaliyyət  göstərən geofiziki 

xidmət  (hidrometoeroloji,  seysmik,  ionosfer,  qravimetrik,  maqnitometrik 

və.s)  öyrənir.  Biosferin  xüsusiyyətinə  xüsusi  nəzarət,  təbii  fluktasiyakar 

fonunda  antropogen  fəaliyyət  nəticəsində  onda  baş  verən  nəticələri  müəy-

yənləşdirməkdir.  Mahiyyətcə,  monitorinq-əvvəlcədən  verilmiş  proqrama 

uyğun olaraq, TƏM-in bir və ya bir neçə komponentinin məkan və zamanca 

müəyyən  məqsədlə  təkrar  müşahidələr  sistemidir.  Dəqiq  ifadə  etsək  belə 

sistemi ―TƏM-in antropogen dəyişilmələrinin monitorinqi‖ adlandırmaq la-

zımdır. Bu zaman əlbəttə, mövcud geofiziki xidmətin bəzi struktur elementi 

və informasiyasının istifadə edilməsi istisna deyil. 

Akademik  Y.A.İzrael,  nəzəri  və  praktiki  monitorinqin  aparımasına 

dair  sanballı  xəzinə  yaratdı:  təbii  ətraf  mühitin  vəziyyətinə  nəzarətdə 

universal informasiyalar sistemi sxemini təklif etdi. Bu müxtəlif səviyyələr, 

istiqamətlər və masştablarda operativ və tədqiqat işlərində əlverişlidir ( şəkil 

5.2). 


 

 

                         




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin