A bölməsində çirklənmənin lokal mənbələri və onların qarşılıqlı təsir
faktorları göstərilib. Onlara təbii hadisələr (vulkan püskürməsi, neft və qazın
öz-özünə çıxması və.s) və antropogen faktorlar (sənaye və kənd təsərrüfatı
müəssisələrinin tullantıları kənd təsərrüfatının kimyalaşmasının pozulması,
nəqliyyat tullantıları və.s.) aiddir.
B bölməsində (B
1
yarımbölməsində) mühitin vəziyyətinin parametr-
lərinin dəyişməsinin ardıcıl ölçülməsi nəticəsində alınan geofiziki məlumat-
ların müşahidəsi verilir. Eləcə də təbii fəlakətlərin müşahidəsi (vulkanizm,
zəlzələ, quraqlıq, daşqınlar, sellər, torpağın eroziyası və.s). Belə müşahi-
dələr coğrafi xidmətin kompetensiyasına daxildir. TƏM-in vəziyyəti haqqda
ən mühüm informasiyanı qurunun və suyun paylanması haqda məlumatları
daxil etməklə, fiziki-coğrafi nəlumatlar daşıyır. Yer kürəsinin səthinin rel-
yefini, təbii ehtiyyatlarını, əhalinin yerləşməsinin, urbanizasiyasını. Elə bu
bölmədə TƏM-in vəziyyətinin müşahidəsi daxildir. Hansı ki geokimyəvi
məlumatlarla (maddələr dövranının təbii kompleksdə müşahidəsi biosferdə
yod qarışıqların tərkibi o cümlədən radioaktiv maddələrin) mühitin müxtəlif
spesifik xarakteristikası, səs-küylə çirklənməsi və istiliklər çirklənməni nə-
zərə almaqla müxtəlif şüalanmalarla (zonlaşdırıcı və ionlaşdırmayan)
B bölməsinə həm də atmosfer çöküntülərinin təbii və antropogen mən-
şəli kimyəvi tərkibinin, səth və yeraltı suların, okean və dənizlərin suyunun,
torpağın, bitki və heyvanat aləminin çirklənməsinin əsas yayılma yollarının
müşahidə olunması daxildir. Bu müşahidələr monitorinq sistemində I
dərəcəsidir.
C bölməsi müxtəlif təsir faktorlarına və TƏM-in vəziyyətinin dəyiş-
məsinə biotun reaksiyasının müşahidələrini birləşdirir (əhatə edir); bu mü-
şahidələr biotda geri dönən və dönməyən dəyişmələri öyrənir. Funksional və
struktur biotik əlamətlərin müşahidəsi mümkündür. Funksional müşahidə-
lərə aiddir, məsələn, zaman vahidində biosferin artımı müxtəlif maddələrin
bitkilər və heyvanlar tərəfindən udulması. Struktur müşahidələrə bitki və
heyvan növlərinin sayı, ümumi biokütlə daxildir. Bu müşahidələr ayrı-ayrı
orqanizmlərin, populyasiyaların, cəmiyyət və ekosistemlərin müxtəlif səviy-
yələrində təşkil olunmalıdır.
D bölməsinə iri sistemlərin (hava, iqlim) və bütövlükdə biosferin mü-
hitə reaksiyasının müşahidə olunması daxildir, əvvəldə sadalanan bölmə-
447
lərdə iqlim sistemlərinin vəziyyətini, xüsusi ümumiləşdirmə və qiymətlən-
dirmə tələb edən bütün müşahidə sistemlərini cəmləşdirir.
E bölməsi xüsusi tədqiqatları birləşdirir. Müşahidələr fiziki, kimyəvi
və bioloji göstəricilərə görə aparılır. Müşahidə sistemləri, distansion müşa-
hidələri əhatə etməklə nöqtəvi ölçmələrə (stansiyalarda) və ya sahəvi çəki-
lişlərə əsasən inteqral göstəricilərin alınmasına əsaslana bilər. Bu yanaşma-
ların birgə istifadəsi yol verilən və məqsədəuyğundur. Monitorinqin təşkilin-
də aviasiya və sputnik vasitə və metodlarından istifadə mühüm antropogen
təsirlərdən yaranan ƏTM-nin vəziyyətinin dəyişmələrinə biotun reaksiyasını
aydınlaşdırmaq çox mühümdür. Cədvəl 5.1. də ciddi müşahidə və tədqiqat
tələb edən əsas faktorlar elementlər və proseslər göstərilir.
Dostları ilə paylaş: |