M ü n d ə r I c a t


Cədvəl 5.1  Təbii mühitin vəziyyətinin təsnifatı



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə374/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   370   371   372   373   374   375   376   377   ...   437
Cədvəl 5.1 

Təbii mühitin vəziyyətinin təsnifatı 

Müşahidə 

bölməsi 

Müşahidə bölməsinin adı 

Təsnifat 

Təsirin mənbələri və 



faktorları 

A.1. çirklənmənin lokal mənbələri 

A.2. təsir faktorları (çirk.maddələr.şualanma) 

ƏTM-in vəziyyəti 



B.1. Fiziki və fiziki coğrafi məlumatlarla 

xarakterizə olunan mühitin vəziyyəti. 

B.2. Geokimyəvi, çirklındirici maddənin 

tərkibi və xarakteri göstərən məlumatlarla 

xarakterizə olunan mühitin vəziyyəti 

Biosferin biotik tərkibinin 



vəziyyti 

C.1. Biotik rekasiyası-cavab və nəticə tək 

orqanizmdə, populyasiyada cəmiyətlərdə və 

ekosistemlərdə 

İrsi sistemlırin və 



bütövlükdə biosferin 

reaksiyası 

D.1. İri sistemlərin reaksiyası (hava və iqlim) 

D.2. Bütövlükdə biosferin reaksiyası 

Əhalinin sağlamlığının 



vəziyyəti 

 

ƏTM-in  vəziyyətinin  təbii  dəyişməsini  bir  çox  ölkələrdə  geofizika 



xidməti (hidrometroloji seysmik, ionosfer, qravimetrik, maqnitometrik və b) 

geniş  həcmdə qeydə alır və öyrənir. Biosferin vəziyyətini  müşahidə - təbii 

fluktasiya  fonunda  ona  antropogen  təsir  nəticəsində  baş  verən  dəyişikləıri 

ayırmaqdır. 

Mahiyyətçə  monitorinq-əvvəldən  verilmiş  proqrama  uyğun  olaraq 

müəyyən məqsədlə ƏTM-nin  1 və  ya bir neçə  komponentin  məkan və  za-

manca  təkrar  müşahidələr  sistemidir.  Dəqiq  desək  belə  sistemləri  ƏTMnin  

antropogen  dəyişilmələrinin  monitorinqi  adlandırmaq  lazımdır.  bu  zaman 

ƏTM antropogen effektin yeni keyfiyyət dəyişilmələrində, əvvəldən məlum 

olan geofiziki xidmətlərin məlumatlarından da istifadə olunur. 

Monitorinq  sistemi  kritik hadisələrin üzə çıxmasına kömək edir, təsi-

rin kritik faktorlarını ayırmağa imkan verir. 




448 

 

BMT-nin  1992-ci  ildə  keçirilmiş  konfransında  (Rio-de  Janeyro)  da-



vamlı inkişaf konsepsiyasının əsası qoyuldu. Konsepsiyanın əhəmiyyəti mü-

şahidə  və  idarəetmənin  materiallarından  nəticə  çıxarılmaqla  istifadə  etmək 

və monitoprinq sisteminin özünün strukturunu kamilləşdirməkdən  ibarətdir. 

Nəzərə almaq lazımdır ki, hələ də TƏM - in antropogen dəyişməsinin 

çoxməqsədli  monitorinqinin  tamamlanmış  bütöv  sxemi  yaranmayıb. 

Monitorinqin formalaşmış yarımsistemləri (blokları) onun üzvi hissəsi- tam 

səhvsiz ayrı - ayrı konkret vəzifələri müəyyən miqyasda həll etməyə imkan 

verir. 


1974-cü ildə Keniyada (Nayrobi şəhərində) monitorinq üzrə keçirilmiş 

I  dövlətlərarası  müşavirədə  çirklənmənin  monitorinqı  üçün  prioritetlik 

metodunun  tətbiqi  də  maraqlıdır.  Əvvəlcə  çirkləndiricinin  xassələrinə 

əsaslanaraq  prioritetliyi  təyin  etmək  üçün  bir  neçə  kriteriyalar  seçilmişdir. 

Aşağıdakılar nəzərdə tutulur: 

1.İnsanın sağlamlığına və rifahına, iqlimə və ya ekosistemə faktiki və 

potensial mümkün olan təsirlər.   

2.ƏTM - in deqradasiyaya meyli və insan orqanizmində toplanması.    

3.Fiziki  və  bioloji  sistemlərdə  kimyəvi  transformasiya  imkanları, 

bu¬nun nəticəsində ikincili maddə daha zəhərli ola bilər. 

4.Mobillik, hərəkətlilik. 

5.ƏTM-də və insanda faktiki və ya mümkün qatılıq tendensiyası.   

6.Təsirin tezliyi və ya qiyməti. 

7.Müxtəlif mühitlərdə verilən səviyyədə ölçmə imkanları. 

8.ƏTM-də vəziyyəti qiymətləndirmək üçün əhəmiyyəti. 

9.Qlobal  və  subreqional  proqramlarda  bərabər  ölçmə  üçün  ümumi 

paylanma nöqteyi nəzərdən əlverişli olması. 

Qəbul  olunmuş  kriteriyaların  hər  birində  çirklənməni  (0-3  bal)  balla 

qiymətləndirdilər. Balları  toplayaraq prioritet  pozisiyaları təyin  olunur (∑

qiyməti  nə  qədər  böyükdürsə,  prioritet  o  qədər  yüksəkdir).  Bu  cür  alınan 

prioritetlər  mühiti  və  ölçmənin  proqram  tipini  (impakt,  regional,  qlobal) 

göstərməklə  8  sinfə  bölündü  (1-8-ə  qədər  sıra  nömrəsi  kiçik  olan  yüksək 

sinifdir  və  prioritetliyi  daha  çoxdur).  Bu  zaman  çirkləndirici  maddənin 

bir¬başa ölcülməsi mümükün olmayan hal üçün dolayı monitorinq üsulu da 

təyin olundu.  Belə hallarda aşağıdakı xarakteristikalar nəzərə  alınır: suyun 

keyfiyyət indiqatoru – koli-bakteriyalar, OBT5, OKT, göy  - yaşıl yosunlar, 

onların  ilkin  məhsuldarlığı;  torpağın  keyfiyyət  indiqatorları  –  duzluluq, 

turşuluq  və  qələvilik  (pH),  nitratların  və  bioloji  azotun  miqdarı,  torpağın 

üzvi  maddələrinin  (humusun)  miqdarı;  heyvanların  və  insan  sağlamlığının 

indiqatorları,  bitkilərin  xəstəliklərə,  genetik  nəticələrə,  dərmanlara  qarşı 

həssaslıq indiqatorları; çirklənmənin bitki indiqatorları – bioinduksiya. 



449 

 

İzraelin (1984) fikrincə öyrənilən mühitin təbiətdən asılı olaraq moni- 



torinqini abiotik (geofiziki) və biotik (bioloji) sektora ayırmaq kifayətdir.  


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin