lər tətbiq etməyə və məhsullar yaratmağa sövq edir ki, o təbii ətraf mühiti
441
minimal dərəcədə çirkləndirsin və istehlakçıya onun həyatı, sağlamlığı,
mülkü və yaşadığı mühit üçün təhlükəsiz məhsul versin. Bir çox məhsullar
üçün ekoloji sertifikat və ya ekoişarə, onun rəqabətə davamlılığını müəyyən
edən faktordur. Bizim ölkəmizdə ekoloji sertifikatlaşdırma inkişafının baş-
lanğıcında durur, lakin artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki,
bu sahəyə daxil olan obyektlər müəyyənləşdirilmişdir. Onlar üç qrupa
bölünür:
1)
Dövlət qanunlarına görə məhsullar, proseslər, işlər, xidmətlər,
ekoloji tələbatlar dövlət standartlarına daxildir, başqa sözlə onlar (mütləq)
məcburi sertifikatlaşmalıdırlar;
2)
Dövlət Standartlaşdırma Sisteminin qaydalarına görə ekoloji
spesifikaya malik olan obyektlər sertifikatlaşmalıdırlar;
3)
Ətraf mühit və onun komponentləri üçün normativ tələbatlar və
sertifikatlaşdırma prosedurları hazırlanmışdır. Üçüncü qrupun vəziyyətinin
qiymətləndirilməsində aydınlığın olmaması birinci iki obyektin sertifikatlaş-
masının inkişafını ləngidir. Burada müəyyən problemlər var. Ətraf mühitin
keyfiyyətinin qiymətləndirilməsi bir çox orqanlar (ixtisaslaşdırılmış təbiəti
mühafizə orqanları, təbiət istifadəçiləri və Azərbaycan Elmlər Akademiyası-
nın bəzi orqanları) tərəfindən aparılır. Müxtəlif tərəflərin verdiyi qiymətlən-
dirmə məlumatları bir qayda olaraq praktiki uyğunsuzdur. Burada səhvin
qiyməti çox yüksək ola bilər ki, bu da uyğunluğun qiymətləndirilməsinin
həm obyektiv, həm də sərbəst üsulunda sertifikatlaşmaının əhəmiyyətindən
xəbər verir. Bundan ötrü ekoloji sertifikatlaşdırma obyektlərinin daha aydın
təsnifatı lazımdır və bu şəkil 5.1- də verilmişdir. Verilmiş sxemdən görün-
düyü kimi sertifikatlaşdırma obyektlərinin dörd növü var: təbii ətraf mühitin
obyektləri; ətraf mühiti çirkləndirən mənbələr; təbiəti mühafizə yönümlü
obyektlər; ekoloji informasiya ehtiyatları, məhsulları və texnologiyaları.
Ekoloji sertifikatlaşmanın digər vacib məsələsi iştirakçıların tərkibidir,
xüsusilə də onların rolu birinci, ikinci və üçüncü tərəfin mövqeyini təyin
edirsə. Belə halda ―Məhsulun sertifikatlaşması və xidmət haqqında‖ qanun
o obyektlərə tətbiq oluna bilər ki, orada yalnız məhsul alınır. Digərləri üçün
isə ekoloji sertifikatlaşma haqqında qanun lazımdır. Sertifikatlaşdırma xid-
mətinə görə ödəmə məsələsi hələ də öz həllini tapmayıb. Ehtimal olunur ki,
əsas xərclər təbiətdən istifadəçinin çiyinlərinə düşür, hansı ki, çox hallarda
sifarişçi olurlar.
Ekoloji sertifikatlaşmanın aktual sferası tullantılardır. Bu sahədə serti-
fikatlaşdırma yaşayış mühitinə tullantıların təhlükəli təsirinin aradan qal-
dırılması və onların ikinci xammal kimi maksimum istifadəsinə yönəldilir.
442
Ölkəmiz üçün tullantıların sertifikatlaşma ilə birbaşa əlaqədar olan
standartlaşdırılmasının inkişaf etdirilməsi çox mühümdür və ―İkinci maddi
ehtiyyatlar‖ Komitəsinin fəaliyyətinin əsas obyektidir.
Dostları ilə paylaş: