2.3.3. Fosfor gübrələri
Kənd təsərrüfatında istifadə olunan P gübrələri əsasən suda həll olan
bitkilər tərəfindən asan mənimsənilən olur: Super fosfat və ikiqat super
fosfat, eləcə də mürəkkəb gübrələr ammofost diammofost, nitroammofoska,
karboammofoska.
P ən mühüm biogen elementlərdən biridir, baxmayaraq ki, canlı orqa-
nizmlərin P-a tələbatı N-a nisbətən 10 qat azdır, o bitkinin əsas qida mən-
bəyidir və kütlə və enerji mübadiləsi çoxalma prosesində əsas rol oynayır.
Tam qiymətli məhsul almağa şərait yaratmaq üçün torpaqda asan
mənimsənilən fosforun olması vacibdir. Lakin Rusiyanın əkin sahələrinin
təxminən 1/3-i bu elementlə az aşağı və çox az aşağı miqdarda təmin olun-
muşdur ki, bu da qeyri-qaratorpaq zonasında ciddi problemlər yaradır. Bun-
dan başqa, əgər azot çatışmazlığını üzvi gübrələrlə və N fiksasiya etməyənlə
əvəz etmək olarsa, fosforun çatışmazlığını yalnız mineral gübrə verməklə
aradan qaldırmaq olar. Fosfor gübrələrinə yüksək tələbatın ödənilməsi ob-
yektiv labüdlükdür. Lakin bu zaman fosforla qidalanma probleminin bir sıra
təbiəti mühafizə aspektlərini nəzərdən qaçırmaq olmaz.
Fosfor gübrələri ilə birgə torpağa mühitdə torpaq mühitdə az hərəkət-
də olan çox saylı zəhərli maddələr düşür. Superfosfat kifayət qədər yüksək
miqdarda çirkləndirici maddələrin olması ilə fərqlənir (Barrauş, 1966).
Maddə
Miqdarı, q/kq
As
1,2-2,2
Se
0,0-4,5
Co
0-9
Zn
50-1430
Ni
7,32
Cu
4-79
Pb
7-92
102
W
20-180
Cd
50-170
Cr
66-243
Bundan başqa, fosfor gübrələrinin tərkibində fosforun zəhərli birləş-
mələri olur. Fosforun çox hissəsi, gübrə kimi istifadə olunan, torpaqlarda
qalır, onda olan Ca, Al, Fe birləşir. Aparılan tədqiqatların nəticəsi göstərir
ki, təbii fosforlarda radioaktiv elementlər –U, Ra olur. Qiymətləndirmələrə
uyğun olaraq 1t P
2
O
5
bəzi fosfor filizlərində 30-40 kq 90 Sr tapılır.
Təbii fosfor xammalın turş mühitdə emalında fosforun əsas hissəsi,
eləcə də bütün stronsium gübrələrdə qalır və onlarla birlikdə torpağa düşür,
uzun müddət superfosfatın verilməsi (tərkibində adətən 1,5 % F olur) tor-
paqda bitkinin asan mənimsəyə biləcəyi F formasına səbəb olur. Ramansk
təcrübə sahəsində fosfatlarla gübrələnən torpaqda F miqdarı nəzarətlə müqa-
yisədə demək olar ki, iki dəfə çoxdur. Flüorun bitkilərdə fizioloji rolu hələ
kifayət qədər öyrənilməyib. O, bir çox fermentlərin aktivliyini pisləşdirir
(azaldır), bu da fotosintez və zülalların biosintezi proseslərinə mənfi təsir
göstərir.
Koplan – Diksin məlumatlarına görə, Qeyri-Qaratorpaq zonanın əkin-
çiliyində istifadə olunan fosfatlardan 665 min ton P
2
O
5
su obyektlərində
toplanır:
-
gübrələrin daşınma və saxlanmasında itki olur (34% bütün daxil
olan)
-
səthi yuyulma və axınlarda suda həll olunmuş halda və eroziya
məhsulları ilə birlikdə (21% bütün daxil olan miqdarın)
-
aqrar dövriyyədən fosforun düşməsi nəticəsində kommunal təsərrü-
fatda üzvi maddələrin utilizasiyasının olmasından və heyvandarlıq üzvi
maddələrin utilizasiyasının 50%-ə qədər azalmasından.
P
2
O
5
-in miqdarının təbii sularda yüksəlməsi su mənbələrinin evtrof-
laşmasına gətirib çıxarır: yosunların biokütləsi bir çox göllərdə və su anbar-
larında hazırda həmin ərazidə olan ümumi kənd təsərrüfat məhsullarından
çoxdur.
Hesablanmışdır ki, 1 kq fosfor daxil olan su mənbələrində 100 kq
fitoplankton əmələ gəlir, suda fosforun qatılığı 0,01 mq/l olduqda, suyun
çirklənməsi başlayır, buna səbəb yosunların kütləvi inkişafı, çoxalmasıdır.
Bu zaman suda onun qatılığı 0,9-3,5 mq/l-ə çatır (Mineyev, 1990)
Suyun çiçəklənməsi təkcə sudan istifadəni pisləşdirmir, həm də onun
tərkibində suda həll olmuş üzvi birləşmələrin miqdarını artırır, yosunların
kütləvi inkişafı suda PH-ı yüksəldir. Əl-tor Xolera xəstəliyinin 1970-1971-ci
illərdə 35 ölkədə sürətlə yayılması bu hadisə ilə bağlıdır. Bir qayda olaraq
103
insan, yosunlarla çirklənmiş sudan istifadə etmir, çünki bu sular dadına və
qoxusuna görə fərqlənir. Buna baxmayaraq, öz toxumalarında toksinlər top-
lanmış balıqla qidalandıqda ciddi zəhərlənmə baş verir. Heyvanlar isə belə
sulardan istifadə etməyə məcbur olurlar. Dünyanın bir çox regionlarında iri
buynuzlu heyvanların və digər kənd təsərrüfat heyvanlarının kütləvi qırıl-
ması baş verir.
Su anbarlarında evtroflaşması suyun təmizlənməsini bahalaşdırır. Belə
ki, 1985-ci ildə Dnepropetrovsk su anbarlarında koaqulyantların təmizlən-
məsinə 650 min dollar, rekreasiya zonasının təmizlənməsinə 3 milyon 900
min dollar ildə xərclənir.
Suların təbii yolla təmizlənməsinin uzunluğunu nəzərə alsaq (300 il
yeraltı sular üçün 3,5 il – axan göllər üçün, 0,5 ay – axan çaylar üçün), eləcə
də fosfor gübrələrində müxtəlif qarışıqların olduğunu nəzərə alsaq fosfor
gübrələrinin tətbiqlərinə ciddi nəzarət etmək lazım gəldiyi aydın olur. Fosfor
gübrələrini tətbiq etdikdə aşağıdakı faktorları nəzərə almaq lazımdır:
-
gübrə kimi istifadə olunan xammal materialını;
-
gübrələrdə olan torpağı çirkləndirən ağır metalların yol verilən
səviyyəsini, radionuklidləri və digər toksiki elementləri (birləşmələri).
-
torpağa fosfor gübrələrini verməyin lazımı əməliyyatlarını (işin apa-
rılma vaxtını, gübrələnən sahənin yerləşməsini münasib işlərin aparmağa
lazımı şəraitin olması və s.), eləcə də torpağı fosforitləşdirdikdə ekoloji
məhdudiyyətə riayət etmək (cədvəl 2.12.)
Dostları ilə paylaş: |