Faktorlar 3 böyük qrupa ayrılır: abiotik, biotik və antropogen fak-
torlar.
1.
Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorlarının məcmüsünü
təşkil edib, bitki və heyvanların həyatına və yayılmasına təsir göstərir.
A) Fiziki faktorların mənbəyi fiziki vəziyyət və ya hadisə sayılır: işıq,
temperatur, hava, rütubət, təzyiq, sıxlıq və s. Məsələn, temperatur yüksək
olduqda yanıq, çıx aşağı olduqda isə donma yaradır. Temperaturun təsirinə
digər faktorlar da təsir göstərə bilər. İşığın təsirindən bitkilərin fotosintez
prosesinin intensivliyi dəyişir. Bir çox bitkilərdə fotoperiodizm hadisəsi baş
verir. B) Kimyəvi faktorlar- mühitin kimyəvi tərkibi ilə əlqədar təsir
göstərir. Məsələn, suyun duzluluğu çox olarsa, su hövzəsində həyat olmaya
bilər, eyni zamanda saf suda dəniz orqanizmlərinin əksəriyyəti yaşaya bil-
mir. Quruda və suda heyvanların həyatı kifayət qədər oksigenin miqda-
rından asılıdır. C) Edafik və ya torpaq faktorları – torpaqda yaşayan
orqanizmlərə təsir göstərən torpağın və dağ suxurlarının kimyəvi, fiziki və
mexaniki xassələrinin məcmusudur.
Orqanizmlərə yalnız abiotik faktorlar təsir göstərmir. Orqanizmlər
qruplaşmalar əmələ gətirir. Burada onlar qida, ərazi, çoxalma uğrunda mü-
barizə edir, bir-biri ilə rəqabətə girirlər. Bu zaman növdaxili və xüsusən
növlər arası səviyyədə
Dostları ilə paylaş: |