Biosenotik variantda əsas mexanizm ekoloji suksessiya prosesində
təbii kompleksi və onun inkişafını tənzimləyən biotik avtorequlyatorlardır;
e)
Antroposentrik variant, o zəminə əsaslanır ki, insan (cəmiyyət)
biosferin tərkib hissəsidir (digər variantlarda bundan fərqli olaraq, insan və
cəmiyyət təbii ekosistemdə yerləşməyən və onunla qarşılıqlı təsirdə olan bir
sistem kimi baxılırdı).
Ekologiyanın sistem paradiqminin 2 əsas xüsusiyyətini nəzərdə sax-
lamaq lazımdır. V.A.Solovyov onları aşağıdakı kimi xarakterizə edir: birinci
- tək yanaşma (monotonluq) bitkilər, heyvanlar, mikroorqanizmlər, insan və
təbii mühit daxil olan istənilən təbii kompleksə tək yanaşmanı təmin edir;
ikinci-sistemli yanaşma - o ekosistemi ümumi sistemin növlərindən biri
kimi göstərir və ekoloji obyektə sistem və kibernetikanın bütün inkişaf
etmiş riyazi metodları ilə birgə ümumi nəzəriyyəni tətbiq etmək üçün şərait
yaradır.
Ümumi ekologiyanın inkişafı və formalaşması ilə bərabər, onun tət-
biqi istiqamətinin yaranması prosesi də gedirdi. Onların arasında əsas yer
kənd təsərrüfatı ekologiyasınaaiddir. Əgər aşağıdakıları yada salsaq, elə bu
da qanuna uyğundur. Kənd təsərrüfatı istehsalı digər təsərrüfat kompleks-
lərindən fərqli olaraq, cəmiyyət və təbii faktorlarla daha sıx əlaqəsilə xarak-
terizə olunur. Mahiyyətcə kənd təsərrüfatı bitkilərinin becərilməsi və hey-
vanların çoxaldılması cəmiyyət və təbiət arasında əlaqənin daha aktiv və
tarixən uzunmüddətli proses olduğunu düşünərək, təsdiq etmək olar ki, bir
çox vəzifələrin həllini kənd təsərrüfatının tələbatları şərtləndirirdi, çünki
məhz təbii faktorlar istehsalın təbii əsasları və bazisidir.
Ümumi ekologiya, onun tətbiqi istiqaməti kimi aşağıdakı elmi funksi-
yaları yerinə yetirir: təsvir, ölçmə, təsnifat, izahedici (diaqnostik), sintezedi-
ci (sistemləşdirici), öncədən xəbər vermə (proqnozlaşdırıcı) və konstruktiv.
Konkret aqroekoloji vəzifələrin həllində elə bunlar nəzərə alınmalıdır. Bəşə-
riyyətin sağ qalması insan və təbiət qarşılıqlı əlaqəsinin ekoloji biliklər
əsasında optimallaşdırılmasını tələb edir.
Dostları ilə paylaş: |