1.1.4. Ekologiyanın predmeti və vəzifələri
Heç bir elmi-texniki və ictimai tərəqqi insanın həyat fəliyyətini təbiət
qanunlarının əksinə təmin edə bilməz. Hətta,kosmsu fəth etməsinə, aylarla
suyun altında yaşamağa qadir olmasina baxmayaraq insan müəyyən mühit
amillərindən (temperatur, rütubət, havanın qaz tərkibi, suyun keyfiyyəti,
qidanın tərkibi və s.) asılı olan bioloji varlıq (növ) kimi qalmaqda davam
edir. İstənilən canlı orqanizmin mühitin keyfiyyətinə olan təlabatı min illərlə
davam edən təkamül nəticəsində formalaşmışdır. Aydındır ki,bu keyfiyyətin
orqanizmin təlabatından kənara çıxması maddələr mübadiləsinin pozul-
masına səbəb ola bilər ki, bu da nomal həyat tərzi ilə bir araya sığmaya bilər.
Mühitin keyfiyyətinin yüksək olması nə deməkdir?
1. Ekoloji sistemin dayanıqlı mövcudluq imkanının olması.
2. Verilmiş yerdə tarixən və ya müvəqqəti məskunlaşmış populyasiya
(ilk növbədə insan) üçün arzuolunmaz mənfi nəticələrin olmaması.
Müasir anlayışda ―ekologiya‖orqanizmlər və ya orqanizmlər qrupu ilə
onları əhatə edən mühit arasında münasibətlərdən bəhs edən elmdir.Başqa
sözlə, ‖ekologiya canlı orqanizmlərin mövcudluq şərtlərini və orqanizmlərlə
onların məskunlaşdığı mühitin qarşılıqlı təsirlərini öyrənən elmdir‖.
Orqanizmlərlə mühit arasındakı əlaqələrin məcmusu və ya sturukturu
ekologiyanın predmetini təşkil edir.
Təbiətin necə qurulmasını,hansı qanunlar əsasında mövcudluğunu,
insan təsirinə hansı reaksiyanı verməsini, ekoloji sistemləri məhv etməyən
yüklənmənin həddini və s.bilmədən təbiəti qorumaq və ondan insanın
15
maraqları naminə istifadə etmək mümkün deyil.Bütün bunlar isə ekologi-
yanın obyektini təşkil edir. Ekologiyada əsas tədqiqat obyekti ekosistem-
lərdir (canlı orqanizmlərlə məskunlaşma mühitinin yaratdigı vahid təbiət
kompleksləri).
Ekologiya insan fəaliyyəti nəticəsində baş verən dəyişikliklər də nə-
zərə alınmaqla canlı orqanizmlərin məskunlaşdıqları mühitdə həyat fəaliy-
yətinin qanunauyğunluqlarını tədqiq edir. Bütün bunlardan başqa, ayrı-ayrı
orqanizm növlərinin (orqanizm səviyyəsi),onların populyasiyalarının,yəni
eyni növdən olan fərdlər toplusunun(populyasiya-növ səviyyəsi) və bütöv-
lükdə biosferin (biosfer səviyyəsi) öyrənilməsi də ekologiyanın tədiqat
sferasına daxildir.
Bioloji elm kimi ekologiyanın əsas, ənənəvi hissəsi bioloji varlıq kimi
insan da daxil olmaqla bütün canlı orqanizmlərin mühitlə qarşılıqlı
əlaqələrini öyrənən ümumi ekologiyadır.
Həyatın təşkil səviyyəsinə görə ümumi ekologiyanın tərkibində
aşağıdakı bölmələri ayırmaq olar:
-ayrılıqda götürülmüş orqanizmin(növün,fərdin)ətraf mühitlə fərdi əla-
qələrini tədqiq edən autekologiyaya;
-əsas vəzifəsi ayrı-ayrı növlərin populyasiyalarının struktur və dinami-
kasını öyrənməkdən ibarət olan populyasiya ekologiyası (demoekologiya);
-populyasiyaların,birliklərin və ekosistemlərin ətraf mühitlə qarşılıqlı
əlaqələrini tədqiq edən sinekologiya (biosenologiya).
Dostları ilə paylaş: |