16
1.1.5. Ekologiya elminin inkişafının inteqrativ dövrü
Proseslərin inkişafına elmi yanaşma daha məqsədəuyğundur. Bu ba-
xımdan V.A.Solovyovun metodoloji görüşləri böyük maraq doğurur. Onun
fikrincə ekologiyanın inkişafında bir neçə paradiqm növbələşməsi baş verir.
Paradiqma (yunancadan, paradeiqma-nümunə, misal) – elmi nəzəriyyədir.
Anlayışlar sistemində həqiqətin əhəmiyyətli əlamətlərini ifadə edir və ya
başlanğıc konseptual sxemdir, problemin və onun həllinin quruluş
modelidir.
İlk olaraq ekologiyada autekoloji paradiqma hökmranlıq edirdi: mühit
şəraiti (ekoloji faktorlar) orqanizmlərin həyat fəaliyyətini və rast gəlmə
tezliyini tamamilə müəyyənləşdirir. Onu sinekoloğiya paradıqmı əvəz etdi:
mahiyyəti bundan ibarətdir ki, canlı orqanizmlərin həyat fəaliyyəti və rast
gəlmə tezliyi, abiotik faktorların təsiri fonunda, orqanizmlərin və popul-
yasiyaların qarşılıqlı təsiri ilə müəyyənləşdirilir. Üçüncü paradiqma sistemi-
nin mahiyyəti ondan ibarətdir ki, canlı orqanizmlər və onları əhatə edən
mühit bir neçə birliklər – ekosistemlər formalaşdırırlar, hansı ki, həm orqa-
nizm mühitə, həm də mühit orqanizmlərə təsir edirlər.
Sadalanan 3 paradiqmin fərqini V.A.Solovyov Sphaqnum cinsindən
olan mamırın izafi nəmlik sistemi misalında müvəffəqiyyətlə təsvir edir. Bu
sistemin inkişafı ərazinin bataqlaşması ilə xarakterizə olunur. Baxılan
prosesin detallarına varmadan, autekoloji paradiqmaya uyğun olaraq demək
olar ki, bataqlıq izafi nəmlikdən (rütubətdən) yaranır; əgər sinekoloji
paradiqmadan yanaşsaq, baxılan proses mamırlar tərəfindən yaradılır, hansı
ki, yüksək su saxlama qabiliyyətinə malikdir və ətraf mühitdən rütubəti
―toplayır‖.Ekosistem paradiqmaya görə səbəb və nəticə mənasını itirir (rü-
tubət və ya mamır bataqlıq yaratmır). Baxılan elementlərdən yaranan sistem
bataqlaşma istiqamətində özünü tənzimləmə və öz-özünə inkişaf etmə
xassəsinə malikdir. Göstərilən xüsusiyyət məhz sistemin özünə aiddir, onun
ayrı-ayrı elementlərinə yox.
Müasir ekoloji biliklərin kompleksliyi (bir çox elmlərin materiallarına
əsaslanması) sistem paradiqmlərin bir neçə variantlarının yaranmasını
Dostları ilə paylaş: