2.6. Kənd təsərrüfatı radioekologiyası
2.6.1. Ümumi qaydalar
Təbii radionuklidlərin torpaq qatında olması, onların kənd təsərrüfatı
bitkilərində toplanması və son nəticədə insan orqanizminə daxil olması –
onun təbii radiasiya fonu ilə şüalanmasının əsas mənbəyidir. Bu mənbə kənd
təsərrüfatının intensiv kimyalaşması nəticəsində dəfələrlə yüksələ bilir.
Məlumdur ki, mineral gübrələr, ilk növbədə fosfor gübrələri və meliorantlar
öz tərkibində yüksək qatılıqda təbii radionukldləri saxlayır (Aleksaxin,1982;
Driçko, 1983). Baxmayaraq ki, təbii radionuklidlərin torpaqda yayılmasına,
onların kənd təsərrüfatı bitkilərinə daxil olmasına, cənub bölgəsində dəmyə
və dağ torpaqlarında paylanmasına, eləcə də burada becərilən bitkilərə daxil
olmasına böyük diqqət ayrılır, lakin hələ də bu problem kifayət qədər
öyrənilməyib.
Dostları ilə paylaş: |