M ü n d ə r I c a t


 Kənd təsərrüfatı radioekologiyası haqqında ümumi anlayış



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə153/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   437
2.6.2.  Kənd təsərrüfatı radioekologiyası haqqında ümumi anlayış     

Kənd  təsərrüfatı  radioekologiyası  aqroekologiyanın  radionuklidlərin 

aqrar  sənaye  istehsalında  miqrasiyanı  və  ionlaşdırıcı  suların  bitki  və  hey-

vanlara,  eləcə  də  bütövlükdə  aqroekosistemə  təsirinin  öyrənən  bölməsidir. 

Kənd  təsərrüfatı  radioekologiyası  radioaktiv  çirklənmiş  ərazilərdə  kənd 

təsərrüfatının aparılması prinsiplərini və kompleks mühafizə tədbirlərini iş-

ləyib hazırlayır. Aqroekologiyanın sərbəst istiqaməti kimi radioekologiyanın 

mühüm  əhəmiyyəti  ondadır  ki,  süni  radionuklidlərin  daha  qiymətli  polyu-

tantlara  aiddir.  Radioaktiv  çirklənmənin  qlobal  miqyasda  yayılması  və  ra-

diasiya  fonunun  yüklənməsi  müasir  biosferdə  ən  mühüm  neqativ  dəyiş-

kənliklərdən biridir. 

Radioekologiyanın sərbəst elmi təlim kimi formalaşmasında V.İ.Ver-

nadskinin (1863-1945) rolu böyükdür. Beləki, noosfera təlimini yaratmaqla, 

biosferlə  insan  zəkasının  vəhdətini  və  radioaktivlik  hadisəsinin  biotunu  və 

bütövlükdə  mühitin  təkamülündə  xüsusi  əhəmiyyətini  göstərdi.  Kənd 

təsərrüfatı  radioekologiyası  bir  elm  kimi  1950-ci  ildən  yaranmağa  başladı. 

Xirosima  və  Naqasakidə  nüvə  silahının sınağından  sonra  biosfer  qlobal  ra-

dioaktiv çirklənməyə məruz qaldı. Kənd təsərrüfatı radioekologiyası termini 

1956-cı ildə akademik D.N.Pryanişnikovun şagirdi V.M.Kleçkovski (bu el-

mi  təlimin  banisi)  tərəfindən  elmə  gətirilmişdir.  Kənd  təsərrüfatı  radio-

ekologiyasının inkişafında R.S.Rossel. L.Fredrikson, S.L. Komar, V.A.Kir-

şin, Q.N.Romanov, E.A.Federov və.b. rolu böyükdür.   

İnsanı  əhatə  edən  ətarf  mühitə  düşən  radioakktiv  maddə  onun  xarici 

şualanmaya  məruz  qalır,  radionuklid  tərkibli  kənd  təsərrüfatı  məhsulunu 




168 

 

qəbul  edən  insan  həm  də  daxili  şüalanmaya  məruz  qalır.  Müxtəlif 



radioekoloji  hadisələrdən  məhz  daxili  şüalanma  insana  ciddi  zərər  vurur. 

Belə ki, 1986-cı ildə Çernobl AES-kı qəzadan sonra 

137

Cs-lə şualanma qalan 



digər  şualanmanın  70-80%-ni  təşkil  edirdi.  İnsanın  daxili  şualanmadan 

çəkdiyi  zərəri  təyin  etmək  üçün  kənd  təsərrüfatı  radioekologiyasının  təd-

qiqatlarına böyük ehtiyac olduğu aydındır. 

Radioaktiv şualanmanın biosferə təsirini öyrənən elm sahəsi radioeko-

logiya  adlanır.  Bu  elmin  baniləri  V.Ç.Rentgen  (1885)  A.Bekkerel  (1886), 

M.Şkandinavskaya-Küri və P.Küri (1898) olmuşdur. Süni nüvə partlayışları 

zamanı atmosferə 100-dən artıq izotoplar daxil olur. Bunlardan ən zəhərlisi 

Zn,  Ba,  N,  Xe  (ksenon)  olmaqla  100  km-lə  məsafəyə  yayılır.  Təbii  yolla 

yaranan  radioaktivlik  əsasən  rodon  (-Rn,  toron-Tn,  aktion-  An

219


)  izotop-

larının atmosferə daxil oluması nəticəsində baş verir. İndiyədək elmə 40-dan 

artıq təbii və 200-dən çox süni parçalanma nüvələri məlumdur. Radioaktiv 

şualanmanın  üç  növü  var:  α-(+)  yüklü  hissəciklər  nəsilindən  ibarət  olan 

şualar β-(-) şüalar və qısa dalğalı elektromaqnit şüalarıdır. α -2000 km/san β 

- 200000 km/san: γ- 300000 km/san sürətlə yayılır (şəkil  2.17) .

 

 

 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin