M ü n d ə r I c a t


Dördüncü represiya zonası



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə249/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   245   246   247   248   249   250   251   252   ...   437
Dördüncü represiya zonası yüklənmənin sonrakı artımı mikroorqani-

zmlərin böyümə və inkişafının tamamilə dayamasına gətirib çıxarır.    

Mikrob  cəmiyyətlərinin  antropogen  faktorlara  cavab  reaksiyası  sxe-

mindən  görünür  ki,  mikrob  cəmiyyətinin  davamlı  və  sabit  sistemini  qoru-

yan, sistemi  homeostaz zonasından  çıxarmayan  yüklənməni  onun  yol  veri-

lən yüklənmə norması hesab etmək olar. Baxmayaraq ki, ətraf mühitin şəra-

iti bərpa olunub və təsirlər kəsilib, stress zonası üçün xarakterik olan dəyiş-

mələr mikrob cəmiyyətlərində uzun müddət saxlanır ki, bu da sabitliyini iti-

rən sistemin başqa davamlı vəziyyətə keçməsini göstərir.   

Mikrob  cəmiyyətinə  antropogen  təsirlərdən  onun  tərkibi  və  təşkilinin 

yenidən  qurulması  ən  müxtəlif  effektlər  verə  bilər:  pozitivdən  neytrala  və 

mənfiyə  qədər.  Əhəngləmə  yolu  ilə  torpağın  turşuluğunun  aradan  götürül-

məsi  azotfiksasiya  edən  mikrofloranın  inkişafına  əlverişli  təsir  göstərir. 

Mikrob cəmiyyətlərində turş çimli-podzol torpaqların əhəngləşməsindən ya-

ranan mikroorqanizmlərin davamlılıq dərəcəsinin yenidən paylanması onun 

yüksək dozada mineral gübrələrə qarşı davamlılığının artmasını təmin edir. 

Bu da homeostaz zonasının  genişlənməsində və  gübrənin  mikrobtoksikozu 

yaradan hədd dozasının artmasında üzə çıxır (ifadə olunur). Asan parçalanan 

karbon tərkibli birləşmələrin izafi miqdarında mineral gübrələrin orta həddə 

tam tətbiqi mikrob aktivliyini stimulə edir ki, bu da bitki qalıqları ilə yüksək 

C:N nisbətində zənginləşdirilmiş torpaqlar üçün xarakterikdir.  

Qara  torpaqlarda  üzvi  azotun  və  karbon  tərkibli  birləşmələri  mine-

rallaşdıran  mikrob  cəmiyyətlərinin  yenidən  qurulması  mikroorqanizmlərin 

daha yaxşı inkişafı ilə üzə çıxır. Denitrifikatorların antropogen təsirlərə qarşı 

reaksiyası  nitratreduksiyanın  axırıncı  mərhələsində  daha  çox  üzə  çıxır:  o 

həm  güclənə  (məsələn,  suvarma  zamanı),  həm  də  azala  bilər.  Diazotroflar 

üçün azotfiksasiya potensialının başlanğıc səviyyəsi antropogen  yüklənmə-

sindən  asılı  olaraq,  azalması  və  artması  xarakterikdir.  Mineral  gübrələrin 

uzun müddətli tətbiqindən avtotrof mikroorqanizmlərin və onların trofik zo-

otərəf  müqabillərinin  tərkibi  və  sayı  dəyişir.  Azot  gübrələrinin  sistematik 

tətbiqi alqosenozların, avtotrof cəmiyyətin unifikasiya nümayəndələrinin sa-

yını ikiqat azaldır, hansı ki, hazırda birhüceyrəli yosunların 3 növünü əhatə 

edir. 

Aqrokimyəvi yüklənmə dozasına cavab olaraq mikrob cəmiyyətlərinin 




290 

 

yenidənqurulmasının neqativ nəticələri, torpağın metabolik xassəsinin məh-



dudlaşması və torpaq fermentlərinin ingibirləşməsinin üzə çıxması,  biogen 

elementlərin  torpaqdaxili  dövriyəsinin  pozulması,  produtsent  göbələklər  və 

mikroorqanizmlərdə fenol birləşmələrinin, üzvi turşuların (hansı ki, onların 

olması torpaqda fitotoksiki əlamətlərin inkişafından xəbər verir) toplanması 

kimi üzə çıxır. Belə ki, çay plantasiyalarının üzun müddət gübrələnməsi nə-

ticəsində fenol birləşmələrinin miqdarı nəzarətə nisbətən 10...15 dəfə artır.  

Torpağın  mikrob  cəmiyyətinin  ciddi  pozulmasının  səbəblərindən  biri 

atmosfer  çöküntülərinin  mineral  qarışıqlarla  çirklənməsidir.  Atmosferin 

sulfat  anhidridi,  NH

3

,  NO



x

  ilə  çirklənməsindən  meşə  döşənəyində  və  azot-

tuk  zavodunun  yaxınlığında  olan  torpağın  üst  horizontunda  ammonifi-

katorlar və göbələklərüstünlük təşkil edirlər, bu zaman aktinomisetlərin, sel-

lülozolikatların və nitrifikatorların sayı kəskin azalır.   

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin