M ü n d ə r I c a t


Ziyanvericilərin  həyat  fəaliyyəti  məhsulları



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə272/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   268   269   270   271   272   273   274   275   ...   437
Ziyanvericilərin  həyat  fəaliyyəti  məhsulları.  Ziyanvericilər  kənd  tə-

sərrüfatı  bitkilərinin məhsuldarlığını azaltmaqla yanaşı, keyfiyyətini də pis-

ləşdirirlər.  Bu  zaman  ərzaq  məhsullarının  kimyəvi  tərkibi  və  dad  xassəsi 

dəyişir. 

Ziyanvericilər birbaşa və dolayı ziyan vura bilir. Birbaşa ziyan məhsul 

itkisi,  keyfiyyətinin  pisləşməsi,  toxum  materiallarının  səpin  keyfiyyətinin 

pisləşməsi, həyat fəaliyyəti məhsulları ilə, o cümlədən ekskrementlərlə çirk-



315 

 

lənməsi  və  s.  Dolayı  ziyan  onunla    əlaqədardır  ki,  ziyanvericilər  dənin  öz-



özünə qızışmasına, dən kütləsində rütubətin qarışmasına səbəb olur. Ziyan-

vericilər  mikrofloranın  genişlənməsinə,  insan  və  heyvan  xəstəliklərinin 

yaranmasına səbəb olur. 

Meyvələri zədələyən həşaratlar öz ekskrementlərini ifraz edir, onların 

tərkibində  kanserogen  təsirli  maddələr  olur.  Bu  maddələr  insektotoksinlər 

adlanırlar. İnsektotoksinlər –ziyanvericilərin həyat fəaliyyəti məhsullarıdır, 

insan və heyvanlara toksiki (kanserogen) təsir edir. 

Ambar uzunburunu, arpa, buğda, qarğıdalı və onların məhsullarını zə-

dələyir. Zədələnmiş dən qida üçün yararsızdır, həzm orqanlarının pozulma-

sına,  bağırsaqların  soyuqlamasına  səbəb  olur.  Dən  yonucusunun  sürfələri 

dənin içərisinə girərək orada inkişaf edir, ekskrement ifraz edir, güclü  çirk-

lənmə  nəticəsində  fekal  tozlar  yayılır,  hansı  ki,  kif  qoxusu  verir.  Dən  yo-

nucusu buğdanın, düyünün, yulaf, sorqo, qarğıdalı və qarabaşağın dənlərini 

zədələyir.  Yüksək  nəmlikli  dənlərdə  un  gənəsi  inkişaf  edir,pis  qoxusu  və 

insan üçün zərəri var. 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin