ġəkil 2.46. Çirkləndirici maddələrin balığın orqanlarında paylanması
Dioksinlər (şəkil 2.47) XX əsrin 70-ci illərində dioksinlərin supertok-
sikant olduğu ümumplanetar miqyas aldı. Onun bəşəriyyətə təhlükəlilik də-
rəcəsini nüvə silahlarının tətbiqinin nəticələrinin təhlükəsi ilə müqayisə
etmək olar. İnsan və ətraf mühit üçün 4 qarışıqlı dioksinlər xüsusilə təhlü-
kəlidir – 2,3,7,8 – TXDD (tetraxlordibenzo-n- dioksin), mikroprimes kimi
kompleks təsirli pestisidlərin tərkibinə daxil olur. Dioksinlərin ən mühüm
kimyəvi xassəsi güclü turş və qələvi məhlullarda hədsiz sabit qalmasıdır,
oksidləşdiricilərə qarşı yüksək davamlıdırlar. Dioksinlərin torpaqda yarım-
parçalanma dövrləri 10 ildir, suda 1-2 il. Dioksinlər torpaq hissəciklərlə
möhkəm birləşirlər, ona görə də yağışla pis yuyulurlar. Lakin dioksinlərin
torpaqda mütəhərrikliyi üzvi maddələrin miqdarının artması ilə kəskin
azalır. Onlar adətən torpağın 15 sm üst qatında toplanırlar, ən çox miqdarı
5-10 sm dərinlikdə yerləşir.
Dioksinlərin yaranma mənbələri və onların canlı və cansız təbiətə da-
xil olması çox müxtəlifdir. Dioksinlər müstəsna texnogen mənşəlidirlər. On-
ların ətraf mühitdə əmələ gəlməsi ilk növbədə xlor üzvi birləşmələrin isteh-
salı və istifadəsi və onların tullantılarının utilizasiyası ilə bağlıdır. Dioksin-
lər havaya sənaye və məişət tullantılarının yaradılması zamanı tüstülər vasi-
təsilə düşür, eləcə də avtomobillərin yanacaqlarının yanmasından əmələ
gəlir.
|