M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə265/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   261   262   263   264   265   266   267   268   ...   437
  ġəkil 2.41. İnsan orqanizminə  nitratların və onların müxtəlif törəmələrin yüksək 

dozasının təsirinin mümkün olan effektıəri (İlnitski, 1991) 

    Nitrat  və  nitritlər  orqanizmə  kəskin  ötəri  və  xroniki  təsir  göstərir. 

Yüksək nitrit və nitritlər daxil olmuş orqanizmlərdə methemoqlobinemiya  

prosesi inkişaf edir. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əla-

mətsiz  sianoz  xəstəliyi  müşahidə  olunur.  Methemoqlobinin  miqdarı         

20-50% -ə  çatdıqda sianoz  xəstəliyi  kəskinləşir. 

Bu  xəstəliyin  əsas  əlaməti  O

2

  çatışmamazlığıdır.  Methemoqlobinin  



miqdarı 50%-i keçdikdə  ölümlə  nəticələnir. Bitkiçilik  məhsullarında   artıq 

miqdarda  nitrit  toplanması bir də ona görə qorxuludur ki, nitratlar ikincili  

amin və amidlərin iştirakı ilə  konserogen  nitroza  birləşmələrinin sintezinə  

səbəb  olur. 

Müəyən  edilmişdir ki, nitritlər də konserogen təsirə malikdir. Bir  sira   

alimlər  belə  güman  edirlər  ki,  nitratın  reduksiyası  zamanı  əmələ  gələn  

aralıq  məhsullarının  embriotoksik  və  mutagen  xassələri  vardır.  Hazırda  

elmə  məlum  olan  nitrozabirləşmələrin 80% - dən çoxu xərçəng  xəstəliyini  




307 

 

əmələ  gətirir.  Nitrozabirləşmələrin  insan  sağlamlığı  üçün  nə  qədər  real  



təhlükə  yaratdığını  bir  neçə nəfərə  səhər  yeməyi  əvəzinə  310q  ispanaq,  

200q  pomidor,  120q  çörək,  170q  bekon  və  460q  pivə  vermişlər.  Bir 

qədərdən sonra  həmin  adamların  qanlarını analiz  etdikdə hər  kq – da  bir  

neçə  mikroqanın  konserrogen  nitrozobirləşmə  aşkar  edilmişdir.  Bununla  

onlar sübut etmişlər ki, əgər lazımı ilkin maddələr olarsa, orqanizmin  özün-

də  çox  təhlükəli  maddələr  sintoz  edilə  bilər.  Faktlar  göstərir  ki,  nitrozobir-

ləşmələr    verilmiş    heyvanlarda  (siçan,  siçovul,  dovşan,  meymun)  xərçəng  

şişləri  yaranmaqla  bərabər bu  xəstəlik  özünü  hətta  üçüncü  nəsildə  belə  

büruzə  verir.  

Bitkilərdə  nitratlar  qeyri-bərabər  paylanır.  Generativ  orqanlarda 

nitratlar  olmur  və  ya  çox  az  miqdarda  olur.  Kökdə,  gövdə  və  yarpaqların 

saplağında nitratlar daha çox toplanır , yarpaq ayasında isə daha az toplanır. 

(cədvəl 2.77) 

                                                                                       

Cədvəl 2.77 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin