Nitratlar. Torpaqda çoxlu qida elementlərinin toplanması bitkilərin
inkişafına mənfi təsir edir, və məhsuldarlığı aşağı salır. Ona görə də digər
qida elementləri kimi torpaqda toplanan N–un miqdarı bitkilərin tələbatına
uyğun olmalıdır. Nitrat azotunun bitkilərdə toplanması prosesində 3
mühüm cəhət diqqəti cəlb edir.
1.
Nitratların bitkilərdə toplanması onların torpaqdan süzülüb yeraltı
sulara qarışmasının qarşısını alır.
2.
Bitkilərin qidasını əsasən nitrat azotu təskil edir və onların miqdarı
bitkilərin azotla təmin olunma dərəcəsini göstərir. Əksər hallarda məhsulun
miqdarı və keyfiyyətinə müsbət təsir edir.
3.
Məhsulda nitratların miqdarı yüksək olduqda onların bioloji keyfiy-
yəti pisləşir, insan və heyvan orqanizmi üçün potensial təhlükə yaradır.
Sağlamlıq baxımından bu məsələnin ciddi araşdırılması çox vacibdir.
1895-ci ildə Amerikada qaramala qarğıdalı verdikdən sonra onlar
zəhərlənib tələf olublar. Qarğıdalının kimyəvi analizi onun tərkibində çoxlu
miqdarda nitrat olduğunu göstərmişdir. O, dövürdə penoliun təzə saxlanıl-
ması, ətin rəngini itirməməsi üçün nitrat və nitritləri suni sürətdə əlavə
edirdilər. 1907-ci ildə tərəvəzin tərkibində nitratların miqdarını öyrənən
amerika alimi onun miqdarının ət konservinə verilən miqdardan çox oldu-
ğunu aşkar edib.
İlk dəfə 1945-ci ildə həkim Komeli sübut etmişdir ki, bəzi uşaqların
zəhərlənmələri içməli suda nitratların miqdarının çoxluğuyla da bağlıdır.
1960-70-ci illərdə meyvə - tərəvəzlərdə nitratların miqdarı geniş tətqiq olu-
nurdu. Çünki son illərdə bitkiçilik məhsullarına kimyalaşına geniş tətbiq
olunmur. Nitrat və nitritlərin insana təsiri, meyvə-tərəvəz və suilə qəbul
olunmuş nitratların 80%-i insan orqanizmindən xaric olunur, onun qalan
hissəsi bəzi mikroorqanizmlərin və fermentlərin təsirindən nitritlərə çevrilir.
Nitritin insana toksini təsir 10-20 dəfə çoxdur. Bu maddələrin insan və hey-
van orqanizmlərinə təsir mexanizmi aşağıdakı kimi izah olunur. Normal
halda qanın tərkibində olan hemoqlobin nəfəs alan zaman havanın O
2
- ni
bədənin hər yerinə çatdırır. Beləliklə normal vəziyyətdə hemoqlobin bədən-
306
də O
2
daşıyıcısıdır. Orqanizmə NO və NO
2
daxil olduqda, onlar
hemoqlobinlə birləşərək methemoqlobin adlanan davamlı birləşmə əmələ
gəlir. Nəticədə qanda hemoqlobinin miqdarı azalır, orqanizmin O
2
-lə
normal təchizi pozulur. Normal orqanizmdə methemoqlobinin miqdarı
hemoqlobinin ümumi miqdarının 2%-ni təşkil edir. Vaxtından tez
doğulmuş uşaqlarda methemoqlobinin miqdarı 4%-ə çatır. Yaşliların
orqanizminə xüsusi ferment sistemi mövcuddur. Uşaqlarda isə bu ferment
sistemi fəaliyyət göstərmədiyi üçün NO və NO
2
-lə zəhərlənmə ölümlə
nəticələnir (şəkil2.41).
Dostları ilə paylaş: |