M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə269/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   437
 

     

ġəkil 2.47.  Dioksinlərin yaranması 

 

Dioksinlər  hava  kütləsilə  uzaq  məsafələrə  yayılır  və  qlobal 

çirklənmələrə səbəb olur. 

Dioksinlərin toplanması əsasən qida zəncirində həyata keçirilir. Diok-

sinlərin  əksəriyyəti  canlı  orqanizmlərə  dəri  örtüyü  vastəsilə  və  mədə-

bağırsaq  traktından  asanlıqla  daxil  olur.  Dioksinlər  canlı  orqaqnizmlərdən 

çox yavaş çıxır, insandan isə praktiki olaraq çıxmır. Hətta, dioksinlərin ən az 

miqdarı    immun  sisteminin  pozulmasına  və  orqanizmin  ətraf  mühitin 

dəyişməsinə adaptasiya olunma qabiliyyətinin azalmasına səbəb olur. 

Benz(a)pirenlər  (şəkil  2.48)  Onkoloji  xəstəliklərin  çoxalması  insan 

sağlamlığına ətraf mühitin təsirilə izah olunur. Üzvi maddələr arasında, ətraf 

mühiti  çirkləndirən, ən  geniş  yayılanı  politiklik aromatik karbihidrogenlər-

dir və onların serasında 3,4- benz(a)piren (BP). Benz(a)piren  yüksək aktiv-

liyə malikdir və ətraf mühitin çirklənməsinin indiqatoru hesab olunur. BP və 

digər nümayəndələri bu qrupun ətraf mühitə daxil olması insan fəaliyyəti ilə 

bağlıdır.  Bu  maddələr  yanacaqların  natamam  yanması  və  üzvi  xammalın 

texniki  emalının  bəzi  növlərində  yaranır.  (400-500  dərəcə  -  də  kömürün  

kokslaşdırılması,  neftin  krekingi  və  s.)  Bəzi  hallarda  BP  kosmokimyəvi  və 

neft  emalı  müəssisələrinin  çirkab  suları  ilə  bitkiləri  suvarma  nəticəsində 

torpağa  daxil  olur.  BP  çirklənməsinin  əsas  mənbəyi  avtomobil  nəqliyyatı 

TXDD  Tetroxlordibenzo –n-dioksin 

TXDF    Tetroxlordibenzol –n-furan 



312 

 

hesab olunur (qrum və mühərrik qazları). Bu zaman təkcə torpaq deyil, kənd 



təsərrüfat  yerləri,  daha  dəqiq  desək,  onların  üzərində  bitən  bitkilər  çirklə-

nirlər.  Avtotransportdan  atmosferə  düşən  BP  müxtəlif  ekosistemlərin  və 

ətraf  mühitində  gedən  fiziki-kimyəvi  və  biokimyəvi  proseslərdə  iştirak 

edirlər. Nəticədə  yolun kənarlarında çirklənmə zonaları  yaranır. BP tullantı 

mənbələrindən 3-25 km məsafəyə daşına bilir. Bu maddələrlə ətraf mühitin 

çirklənməsi  regional  xarakter  daşıyır.  BP  çox  yüksək  davamlığı  ətraf  mü-

hitdə  onların  torpaqda,  suda  və  havada  toplanmasına  səbəb  olur.  Torpağın 

çirklənməsi kənd təsərrüfatı bitkilərində BP - nin toplanmasına səbəb olur, 

lakin  torpaqda  olan  mikroorqanizmlər  oksidləşdirici  fermentlərin  köməyilə 

onu parçalaya bilirlər. BP çirklənməsinin bioloji təmizləmə üsulu var. BP- 

nin miqdarı torpaqda 0,2-12,8 mq/kq arasında dəyişir. 

Onkoloji  xəstəliklərin  artması  ətraf  mühitdə  politsiklik  aromatik  kar-

bohidrogenlərin,  o  cümlədən  3,4  benz(a)pirenləri  geniş  yayılmasıdır.  Bu 

maddələr yanacağın natamam yanması və üzvi maddələrin termiki emalının 

bəzi  növlərində  formalaşır  –kömürün  kokslaşması,  neftin  krekinqi.  BP 

çirklənmənin əsas mənbələri avtomobil nəqliyyatının tullantılarıdır. Çirklən-

mə mənbəsindən 2-2,5 km məsafədə  BP  yayılır. Torpaqda, suda və havada 

BP  geniş  yayılıb.  Lakin  torpaqda  olan  mikroorqanizmlər  BP  –i  oksidləş-

dirici  fermentlərin  köməyilə  parçalayır.  BP  çirklənmiş  torpağın  bioloji 

təmizlənməsi mövcuddur.  

 

 

ġəkil 2.48. Benz (a) prenin yaranması. Bir çox konserogen maddələr üçün 



xarakterik olan strukturda ―dərinləşmə‖ oxla göstərilir. 

3,4 benz (a) pren 




313 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin