M ü n d ə r I c a t


Maye  azot  gübrələrindən



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə298/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   294   295   296   297   298   299   300   301   ...   437
Maye  azot  gübrələrindən  ammonyaklılar  istifadə  olunur,  hansı  ki, 

azot sulu və susuz ammonyak kimi daxil olur. Fosfor gübrələri superfosfat 

və ikiqat superfosfat, eləcə də mürəkkəb birləşmələr: ammofos, diammofos, 

nitriammofoska,  karboammofoska  kimi  təmsil  olunurlar.  Kalium  gübrələ-



rinə  kalium  xlorid,  kalium  sulfat,  təbii  kalium  duzları  (silvinit)  daxildir. 

Mineral  gübrələrin  alınması  üçün  istifadə  olunan  xammalda  (fosforitlər, 

apatitlər,  kalium  duzları),  bir  qayda  olaraq,  böyük  miqdarda  toksiki  qarı-

şıqlar olur. Amciddi təhlükə yaradır, hansı ki, gübrələrdə kifayət qədər olur.   

Superfosfatda (mq/kq) olur:  Co (1-9), Ni (7-32), Cu (4-79), Pb (7-92), 

Cd  (50-170),  Zn  (50-1430),  Cr  (66-243),  As  (1,2-2,2),  W  (20-180).  Fosfo-

gipsdə  2%-ə  qədər  stronsium  və  0,5%-dək  flor  olur.  Fosfor  gübrələrində 

florun zəhərli birləşmələri olur. Kalium gübrələrində ballast elementləri (Cl, 

Na)  olur,  hansı  ki,  toplanaraq  torpağın  münbitliyini  azaldır.  Sapropeldə 

kadmiumun miqdarı quru çəkidə 50-100 mq/kq təşkil edir.  

Aktiv  çirkləndiricilər  –  tərkibində  çoxlu  miqdarda  xrom,  sink,  nikel, 

marqans olan çirkab sularıdır.     

AM-ın neqativ təsiri aşağıdakı sıra ilə artır: Zn – Ni – Cr – Co – Cu – 

Pb  –  Hg.  Müəyyən  olunmuşdur  ki,  AM-la  çirklənən  torpaqlarda  məhsul-

darlığın azalması müşahidə olunur: dənlilərdə 20-30% , şəkər çuğundurunda 

35% , kartofda 47%  və paxlalılarda 40%.  

Fizioloji  turş  mineral  gübrələr  torpaqda  turşuluğu  artıraraq,  toksiki 

elementləri bitkinin mənimsəyə bilmədiyi formadan mənimsənilən formaya 

keçirməklə mobilizə edir.  

Torpağa  aqrokimyəvi  vasitələrin  mümkün  olan  aşağıdakı  pozitiv  və 

neqativ təsirləri var:  

●   torpaq məhlulunun turşlaşması və qələviləşməsi; 

●  kation  və  anionların  fiziki-kimyəvi  və  kimyəvi  udulmasının  güc-

lənməsi və ya zəifləməsi; 

●   torpaq məhlulunda ionların qatılığının dəyişməsi;  

●  AM  və  digər  toksiki  kimyəvi  elementlərin  mütəhərrikliyinin 

dəyişməsi;  



351 

 

●   mikroelementlərin bitki üçün mənimsənilən formasının qatılığının 



dəyişməsi;  

●   üzvi maddələrin minerallaşmasının güclənməsi;    

●   humifikasiyanın güclənməsi;  

●  kök  yumruları  və  sərbəst  bakteriyaların  atmosferin  molekulyar 

azotunu bioloji fiksasiyasının dəyişməsi;  

●   torpağın ümumi bioloji və fermentativ aktivliyinin dəyişməsi;  

●   torpağın qida elementlərinin effektliyinin dəyişməsi;  

●  qida  elementlərinin  bitkilərə  daxil  olmasında  üzə  çıxan  antaqo-

nizminin yaranması;  

●   bitkidə toksiki elementlərin və birləşmələrinin YVQ həddini keçən 

və məhsulun keyfiyyətini azaldan miqdarının toplanması;  

●  qida  elementlərinin  miqrasiyasının  güclənməsi  və  onların  ətraf 

mühitdə itkisinin artması.  

     Ekoloji  gərginliyin  azaldılması  yolları  aşağıdakı  tədbirləri  həyata 

keçirməkdən ibarətdir:   

● mineral  gübrələrin kimyəvi  tərkibinin onların  istehsal texnologiya-

ları kamilləşdirməklə yaxşılaşdırılması;  

●   gübrə və bitki mühafizə vasitələri ekoloji təhlükəsiz olmalıdır;  

● yerli şəraiti nəzərə almaqla, bitkinin qida elementlərinə olan tələba-

tının operativ təyin olunma metodlarının tətbiq olunması, bitkilərin gübrənin 

və torpağın azot, fosfor və kaliumunu mənimsəmə əmsalının yüksəldilməsi;        

●  kök  qidalanmasını  optimallaşdırmaqla,  gübrələrin  istifadə  olun-

masının elmi texnologiyalarına riayət olunması;  

● mineral azotun üzvi ―immobilizasiya‖ formasında möhkəmləndiril-

məsi  üçün  kompleks  tədbirlərin  tətbiqi;  bioloji  azotun  mənimsənilmə 

səviyyəsinin yüksəldilməsi.   

Bakterial  gübrələrin  geniş  tətbiqi  tövsiyyə  olunur  ki,  bu  da  istifadə 

olunan sənaye tullantılarının həcminin azalmasına və beləliklə də ətraf mü-

hitə kimyəvi presin azalmasına səbəb olur (bəzi bakterial gübrələrin xarakte-

ristikası cədvəl 3.21 –də verilib).   




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin