İlkin məlumatlar. Torpaq – tipik qaratorpaq. Torpaqda mütəhərrik
birləşmələrin miqdarı: kadmium – 1 mq/kq; qurğuşun – 10 mq/kq; sink – 30
mq/kq; pH 6,5.
Həlli. Reqresiya tənliyinə görə tapırıq ki, kökmeyvələrində kadmiu-
mun miqdarı – 0,44 mq/kq; qurğuşun – 1,2 mq/kq; sink – 21,2 mq/kq –dır,
yəni bütün elementlərə görə YVQ həddini keçir.
3.5.4. Ağır metalların insan sağlamlığına təsiri
Ağır metalların insan orqanizminə daxil olması: torpaq – bitki – k.t.
heyvanları – insan sxemi üzrə baş verir. Belə ki, KRS leykoz xəstəliyinin
səviyyəsi torpaqda kadmiumun miqdarı ilə korrelyasiya edir (korrelyasiya
əmsalı 0,65), toksikantların qatılığının qarşılıqlı əlaqəsi isə torpaq – yem - ət
sistemində korrelyasiya əmsalı ilə xarakterizə olunur: 0,9 – marqans; 0,64 –
dəmir; 0,8 – xrom; 0,75– qurğuşun (Xramtsov V.V., 2002).
İnsan sağlamlığına qurğuşunun təsirinin əsas diaqnostik göstəricisi
qanda onun miqdarıdır (Pb qatılığı böyüklərdə 15 mkq/100 ml, uşaqlarda isə
7 mkq/100 ml-i keçməməlidir). 50 60 mkq/100 ml miqdarında insanın
davranışlarında depressiya və aqressivlik yaranır. Qurğuşunla zəhərlənmə-
nin aşağıdakı formalarını ayırırlar: daşıyıcı (orqanizmdə qurğuşunun olması
kliniki olaraq üzə çıxmır), yüngül zəhərlənmə (qanda dəyişiklik yaranır),
orta-ağır zəhərlənmə (qan azlığı,
Zəhərlilik dərəcəsinə görə: metallik civə, civənin qeyri-üzvi və üzvi
birləşmələrini ayırırlar. Metallik civənin buxarları ilə zəhərlənmə ümumi
zəiflik, hərarətin yüksəlməsi, baş ağrıları, nəfəs yollarının çatışmazlığı ilə
özünü göstərir. Civənin qeyri-üzvi birləşmələri az uçucudurlar, buna görə də
tənlükə qida və su ilə orqanizm daxilinə qəbul olunduqda yaranır. Üzvi bir-
ləşmələri daha çox təhlükəlidir, belə ki, toksiki təsiri bir neçə həftə keçən-
dən sonra üzə çıxır. Belə halda emosional və psixi pozuntular xarakterikdir.
Kadmiumla zədələnməyə daha çox böyrəklər məruz qalır. ÜDST
347
hesab edir ki, kadmiumun yol verilə bilən daxil olma həddi gün ərzində
bədənin 1 kq kütləsinə 1 mkq-dır.
Insan və heyvan orqanizminə sinkin artıq daxil olması qanda və ətdə
kalsiumun miqdarının azalması, eləcə də osteoporozun inkişafına səbəb
olan, fosforun mənimsənilməsinin pozulması ilə müşaiyət olunur. Onun
orqanizmə gündəlik daxil olma norması – 10-15 mq-dır.
Mis –həyati vacib elementdir, amma mis ionlarının miqdarının yüksək
səviyyəsi zülalların, xüsusilə də fermentlərin SH-qrupunu blokadaya alır.
Ağır metallarla çirklənmiş torpaqların mümkün olan istifadəsi və
onlarda təxmini meliorativ tədbirlərin həyata keçirilməsi cədvəl 3.26-də
verilir.
Dostları ilə paylaş: |