M ü n d ə r I c a t


 Aqroekosistemlərin radioaktiv çirklənməsinin qiymətləndirilməsi



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə302/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   298   299   300   301   302   303   304   305   ...   437
3.8. Aqroekosistemlərin radioaktiv çirklənməsinin qiymətləndirilməsi  

Ekologiya  üçün  aşağıdakı  yarımparçalanma  dövürlü  izotop  qrupları 

mühüm əhəmiyyət kəsb edir (Aleksexin R.M. və b., 1997): A qrupu: karbon 

– 

14

C (5568 il); tritium –



3

H (12,4 il); fosfor – 

32

P (14,5 gün); kükürd  -  



35

(87,1gün); kalsium – 



45

Ca (160 gün); natrium – 

24

Na (15 saat); kalium – 



42

(12,4  saat);  kalium  – 



40

K  (1,3  mild.il);  dəmir  – 

59

Fe  (45  gün);  marqans    - 



54

Mn (300 gün); yod – 

131

J (8 gün); B qrupu: stronsium  - 



90

Sr (28,5 gün); 

sezium – 

137


Cs (30,2 il); serium – 

144


Ce (285 gün); rutenium – 

106


Ru (1 il); 

ittirium - 

91

Y (61 gün); plutonium – 



239

Pu (24 000 il); C qrupu: arqon – 

41

Ar 


(2 saat); kripton – 

85

Kr (10 il); ksenon – 



133

Xe (5 gün).  

Radioaktivlik səviyyəsini qiymətləndirmək üçün: Bekkerel (Bk), Küri 

(Ku), Qrey (Qr), rad,ber kimi vahidlərdən istifadə olunur. Bekkerel – radio-

aktiv mənbədə materialı aktivlik vahidi: 1 Bk = 1 parçalanma/s. Küri vahidi 

daha  çox  istifadə  olunur:  1  Kü  =  3,7  x10

10

Bk  (məsələn,  Çernoblda  atılan 



parçalanma məhsullarının cəmi 5 x 10

10

Kü). 



Qrey – Sİ sistemində kütlə vahidinin şüalanma dozası: 1Qrey = 1C/kq. 

Çox vaxt sistemdən kənar vahid  - rad istifadə olunur. 1 rad = 0,01Qr. Ber  - 

rentgenin (R) bioloji ekvivalenti, təxminən 1ber=1R. Təbii radioaktiv fonun 

səviyyəsi 10-50 mkR/s, adətən 15 mkR/s. 

Müxtəlif radionuklidlərin ekoloji əhəmiyyəti fərqlidir: qısa yarımpar-

çalanma  dövrlü  (2  gündən  az)  maddələr  böyük  təhlükə  yaratmır,  belə  ki, 

biotopda  radiasiyanın  yüksək  səviyyəsini  qısa  müddətdə  saxlayırlar.  Uzun 

yarım  parçalanma  dövrlü  maddələr  də  demək  olar  ki,  təhlükəsizdir.  Onlar 

zaman vahidində ətrafa  çox zəif şüalanma yayırlar.  Ən təhlükəli nuklidlər 

yarımparçalanma dövrü bir neçə həftədən (aydan) bir neçə ilədək olanlardır. 

Bu müddət həmin radionuklidlərin qida zəncirində toplana bilməsınə  kifa-

yət edir.  

Aqroekosistemin ekoloji gərginlik dərəcəsi, əsasən, çoxyaşayan radio-

nuklidlərlə  təyin  olunurlar: stronsium-90 və  sezium  -137. Qanunvericilikdə 

radioaktiv çirklənmənin aşağıdakı zonaları qəbul olunmuşdur (cədvəl 3.34).  

Stronsium kalsiumla oxşar xassəyə malik olduğundan, asanlıqla onur-

ğalıların  sümük  toxumalarına  daxil  olur,  bu  zaman  sezium  kaliumu  əvəz 

edərək, əzələlərdə toplanır. Bu radionuklidlər zədələnmiş orqanizmdə qala-

raq,  elə  miqdarda  akkumulyasiya  olurlar  ki,  insan  sağlamlığına  ziyan  vura 

bilir.   

 Radionuklidlər  torpaqda  torpaq  məhlulunda  və  həm  də  bərk  fazanın 

tərkibində  olurlar.  Müxtəlif  formaların  miqdarı  torpağın  xassəsindən 

asılıdır:  sorbsiya  həcmi,  mineral  tərkibi,  pH,    humusun  miqdarı.  Torpağın 

radionuklidlərlə çirklənmənin  sıxlığı, yəni müayinə olunan torpaq qatının 1 

m2 –də   onların miqdarı (Trç, kBk/m2) aşağıdakı formula ilə təyin olunur: 



361 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin