M ü n d ə r I c a t


 Ağır metalların bitkiyə daxil olması



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə292/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   288   289   290   291   292   293   294   295   ...   437
 

3.5.3.  Ağır metalların bitkiyə daxil olması  

Torpağın bitki kökləri qidalanan qatında ağır metalların miqdarı, tor-

pağın  daxili  ehtiyatları  hesabına  yol  verilən  həddi  keçdikdə,  bitkinin  kök-

lərinə o qədər ağır metallar toplanır ki,  artıq  hüceyrə membranı  onları  sax-




343 

 

laya bilmir. Qeyd edək ki, ağır metallar bitkiyə yalnız kök sistemi ilə deyil, 



həm  də  yarpaq  səthi  vasitəsilə  də  daxil  olur.  Həll  olmuş  toz  həm  bir  başa 

yarpaq ağızcıqlarından, həm də yarpaq ayasının örtük toxumalarından diffu-

ziya  yolu  ilə  daxil  olur.  Elementlərin  orqanizmə  daxil  olma  sürəti  kutiku-

lanın qalınlığından asılıdır. Ağır metalların miqrasiyasının azalması bitkinin 

orqanları üzrə belə sıralanır: kök – gövdə - yarpaq – toxum – meyvə  -  kök 

yumruları.  Bitkidə  miqrasiya  sürətinə  görə  metallar  aşağıdakı  formada 

paylanır: Cd ˃ Pb ˃ Zn ˃ Cu ˃ Mn ˃ Fe (Alekseyev Y.V., 1987).  

Ağır metalların bitkiyə daxil olması bir çox faktorların təsiri ilə 

şərtlənir, onlardan ən əsasları:   

● torpağın xassəsi və torpaq proseslərinin dinamikası;   

 

● metalların kimyəvi xassələri; onların birləşmələrinin vəziyyəti və 



transformasiyası; 

 

● bitkinin fizioloji xüsusiyyəti.  



 Daha  çox  davamlılıq  aşağıdakı  ailələrdə  qeyd  olunur:  Gramineae 

(taxıllar),  Fabaceae  (paxlalılar),  Chenopodiaceae  (marevıye).  Ağır  metal-

ların toksiki təsirinə bitkilərin davamlılığı bu sıra ilə azalır: otlar – taxıllar – 

dənlilər – kartof – şəkər çuğunduru.  

Cədvəl  3.29-dan görünür ki,  qurğuşunun 80000 mq/kq dozasında no-

xud  cücərtisinin  köklərinin  uzunluğu  nəzartə  nisbətən  7  dəfə  kiçikdir.  Bu 

Alternaria  cinsindən  olan  mikroskopik  göbələklərin  ifraz  etdiyi,  bitkiyə 

öldürücü təsir edən maddənin  miqdarının artması ilə izah olunur.  

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin