3.11. Aqrolandşaftların ekoloji davamlılığının qiymətləndirilməsi
Insanın müasir təsərrüfat fəaliyyəti təbii bitkiliyin məhv edilməsi və
onun kənd təsərrüfatı bitkilərilə əvəz olunması, torpağın intensiv becəril-
məsi, gübrələrin, meliorantların, kimyəvi mühafizə vasitələrinin tətbiqi, su-
varma, qurutma ilə müşaiyət olunur ki, bu da landşaftların funksiyalarının
pozulmasına səbəb olur. Torpaq uzun müddət şumlandıqda neqativ dəyişik-
liklərə məruz qalır: şum qatının strukturu pozulur, humus və qida element-
lərinin miqdarı azalır, kalsiumsuzlaşma baş verir ki, bu da torpağın mün-
bitliyini azaldır.
Aqrolandşaftın davamlılığı – bu biosfer funksiyalarını saxlamaqla, ve-
rilmiş istehsalat və sosial funksiyaları mühafizə etmək qabiliyyətidir
(Кирюшин В.И., 1996). Aqrolandşaftların ekoloji davamlılığı üzvi maddə-
lərin, biogen elementlərin, mühitin reaksiyasının, oksidləşmə - bərpa şəraiti-
nin, torpağın, havanın, suyun struktur vəziyyəti və yaranması, torpağın bio-
loji aktivliyi, aqrosenozların fitosanitar vəziyyəti ilə realizə olunur. Obyekt-
lərdən və təsir mexanizmindən asılı olaraq ekoloji davamlılıq aşağıdakı
qruplara bölünür:
● fiziki (litosferin davamlılığı, eroziyaya qarşı davamlılıq);
● bioloji (bitkilərin bərpaedici və mühafizə funksiyası, zərərli
orqanizmlərə qarşı davamlılıq);
● geokimyəvi (çirkləndirici maddələrdən öz-özünü təmizləmə qa-
biliyyəti və onların zəhərliliyinin azaldılması, buferliyi, duzlaşmaya qarşı
müqaviməti);
● hidrogeoloji və hidroloji (səhralaşmaya, bataqlaşmaya və bozqır-
laşmaya qarşı müqaviməti);
● aqronomik (kənd təsərrüfatı bitkilərinin, otlaqların məhsuldarlığının,
məhsulun keyfiyyətinin davamlılığı);
● iqtisadi (iqtisadi parametrlərin davamlılığı).
Təbii mexanizmlərin köməyilə sağ qalmağa yönəlmiş təbii ekosistem-
lərdən fərqli olaraq, aqroekosistemlər insanın verdiyi rejimə uyğun
məhsuldarlığa və məhsul keyfiyyətinə istiqamətləndirilir. Ekoloji davamlılıq
birincilərdə ikincilərdən müqayisə olunmaz dərəcədə yüksəkdir. Onlardan
aqrolandşaftların formalaşdırılmasında istifadə zamanı, bu təbii davamlılıq
mexanizminə xüsusi marağı müəyyənləşdirir. Bu mexanizmlərin əsasında
böyük növ müxtəlifliyində maddələrin bioloji dövranı və çoxlu sayda or-
qanizmlər durur ki, bu da davamlılığın təminatının əsas faktoru hesab olu-
nur. Aqrosenozların böyük əksəriyyətində bioloji məhsuldarlıq təbii senoz-
lardan azdır, fitokütlənin ümumi ehtiyatına görə fərq xüsusilə böyükdür.
Üzvi maddələrin ehtiyatının toplanması, torpağın biogenliyinin yüksəlməsi
– aqrolandşaftların davamlılığının yüksəlməsinin ümumi şərtidir.
375
Aqrolandşaftların ekoloji davamlılığı torpaqdan istifadənin optimal
strukturu; canlı təbiətin və təbii senozların yerli genetik fondunun bərpası və
qorunması; səth və yeraltı su ehtiyatlarının yerli və tranzit axınlarının rasio-
nal tənzimlənməsi və istifadəsi əsasında mühafizəsi; xüsusi mühafizə olunan
təbiət ərazilərinin şəbəkələinin artması (qoruqlar, milli parklar, sifarişçilər,
təbiət abidələri) hesabına yüksələ bilər.
Landşaftın ekoloji davamlılıq dərəcəsini ekoloji sabitləşmə əmsalı ilə
L
у
qiymətləndirmək olar, hansı ki, İ.Rıbarski və E.Qayssə görə bir neçə
abiotik və biotik faktorları ümumiləşdirir. Abiotik faktorların ekoloji sabit-
ləşmə əmsalı L
уа
ətraf mühitə müsbət (F
st
) və mənfi (F
nst
) təsir göstərən
landşaft elementlərinin sahələrinin cəminin nisbəti ilə xarakterizə olunur:
Lya =
ΣFst / ΣFnst (3.35)
Biotik faktorların sabitləşmə əmsalı (L
yb
) isə F landşaftının bütün sa-
həsi üzrə, ekoloji və geomorfoloji qiymətlərini nəzərə almaqla, biotik ele-
mentlərin xüsusi sahələrinin cəminin nisbətidir:
L
yb
= Σ(f
i
.b
e
.
b
qe
)/F
(3.36)
(3.35) və (3.36) formullarında F
ct
- meşə + yaşıl əkinlər + təbii
çəmənliklər + qoruqlar + sifarışlər + çoxillik otlar altında olan əkin torpaq-
ları: yonca, üçyarpaq yonca, qarışıq otlar; F
ist
- hər il becərilən şumlar +
davamsız ot örtüyü olan torpaqlar + yamac torpaqları + yasaqlıqlar + yollar
+ lilləşmiş su hövzələri + pozulmuş torpaqlar + pozulmuş torpaqlar (faydalı
qazıntıların çıxarılmasından yaranan karyerlər); f
1
-i biotik elementinin
sahəsi; b
e
- ayrı-ayrı biotik elementlərin ekoloji əhəmiyyətinin əmsalı: b
e
= 0
(abadlaşdırılmış ərazidə), b
e
=0,14 (şumda), b
e
= 0,29 (tənəklikdə), b
e
= 0,38
(iynəyarpaqlı meşədə), b
e
=0,43 (bağlar, meşə əkinləri, meşə zolaqları), be=
0,5 (bostanda), b
e
= 0,62 (çəmənlikdə), b
e
=0,63 (iynə-enli yarpaqlı meşədə),
b
e
=0,68 (otlaqda), b
e
=0,79 (su hövzələri və axınlarında), b
e
=1 (enli yarpaqlı
meşədə), b
tm
- relyefin geoloji - morfoloji davamlılığının əmsalı: b
tm
=1 -
sabit, b
tm
=0,7– qeyri-sabit (qumsal, yamac, sürüşmə relyeflərində).
Landşaftın davamlılığının qiymətləndirilməsi L
ya
və L
yb
əmsallarına
görə 3.53 cədvəlinin məlumatlarına əsasən aparılır.
Dostları ilə paylaş: |