4.5. Ferma biogesenozlarından peyin və çirkab suların çıxımının
hesablanması
4.5.1.Təbii ətraf mühitə heyvandarlıq tullantılarının mənfi təsiri
Heyvandarlığın sənaye əsasına keçirilməsində peyin axınlarının və dö-
şənəksiz peyinin utilizasiyası problemi yarandı. Sənaye tipli heyvandarlıq
kompleksləri və fermalarının yaxınlığında peyinin toplanması ətraf mühit
üçün xüsusi təhlükə yaradır, eləcə də torpaq, fitosenozlar, səthi və qrunt
suları nitrat və mikrob çirklənmələrinə məruz qalır. Məsələn, sənaye tipli
südçülük fermalarında illik peyin çıxımı bir baş qara mal üçün orta hesabla
25, 55 ton təşkil edir.
Buna görə də heyvandarlıq komplekslərinin yerləşdirilməsi üçün yer
seçiləndə peyin və istehsal çirkab sularının, təbiəti mühafizə tələbatlarını
nəzərə almaqla, utilizasiya imkanları əsaslandırılmalıdır. Bu zaman oro-
qrafik (geomorfoloji), edafik, meteoroloji, hidroloji və hidrogeoloji faktor-
lar, meşə bitkilərinin, kənd təsərrüfatı yerlərinin (peyinin gübrə kimi utili-
zasiyası üçün) və seliteb ərazinin olması və vəziyyəti nəzərə alınır.
Mühitin biogen elementlər və mikroorqanizmlərlə çirklənməsini
V.M.İvanov və N.M.Makarov (1993) Don Aqrar Universitetinin ―Dons-
koye‖ tədris–təcrübə təsərrüfatında öyrənmişlər. Burada biogenlərin
qoyunçuluq, donuzçuluq fermaları, südçülük kompleksləri və digər mən-
bələri yerləşdirilmişdir.
Alınmış nəticələr, məsələn, ABŞ-ın heyvandarlıq rayonlarında aparıl-
mış anoloji tədqiqatların nəticələrinə uyğun gəlir. Burada qrunt sularında
nitratların miqdarı 76 mq/l çatır. Şvetsariyada müayinə olunan 82 su höv-
zələrinin 40%-də nitratların miqdarı 30 mq/l - dən artıq, 20% - dən çoxunda
isə 50 mq/l - dən çox olmuşdur. Bu məlumatları analiz edərək, V.Q.Mine-
yev və E.X.Rempe (1990) belə qərara gəldilər ki, heyvandarlıq kompleksləri
onlarda nəhəng miqdarda döşənəksiz peyin və peyin axınlarının toplanması
nəticəsində ətraf mühitə neqativ təsirlərin güclü faktoru ola bilərlər. Onu
demək kifayətdir ki, belə komplekslərin yerləşdiyi rayonlarda mikrob və
ümumi çirklənmə torpaq və qar örtüyünün təbii çirklənmə fonundan 8 - 10
dəfə çoxdur.
Heyvandarlıq kompleksləri və fermaları ilə həmsərhəd olan torpağın,
suyun və qar örtüyünün biogen elementlərlə çirklənməsi kənd təsərrüfatı
yerlərindəki bitkilərin fitokütləsinin keyfiyyət göstəricilərinin dəyişməsinə
səbəb olur.
Belə ki, çoxillik taxıl otlarının yaşıl kütləsinin biokimyəvi tərkibinin
dinamikası (edifikator – sürünən ayrıq otu), ―Xarula‖ qobusunun donuz-
çuluq və qoyunçuluq fermaları ilə qonşu olan yamac sahələrində (maillik
399
0,06...0,28), analiz üçün nümunə seçilməsinin yerinin vəziyyəti ilə təyin
olunur.
Donuzçuluq ferması ilə həmsərhəd olan yamac sahəsində - torpaq
qruntunun delyuval şleyf və peyin axınlarının yarandığı yerlərdə bitən ot-
ların tərkibində nitratların maksimal miqdarı müəyyən olunmuşdur. Qo-
yunçuluq fermaları ilə həmsərhəd olan sahələrdə bitən otlarda nitratların çox
böyük miqdarı (3575...7915 mq/kq) ölmüş heyvanların və peyinin basdırıl-
dığı yerlərdə təyin olunmuşdur. Heyvanların belə otlarla yemləndirilməsi
onların zəhərlənməsinə səbəb ola bilər. Silos quyularından olan axınlar da
ətraf mühit üçün təhlükə yarada bilər.
Bir qayda olaraq, qobuların dibində müxtəlif nohurlar və meşə əkinləri
yerləşdirilir ki, bunlar da biogen axınları və patogen mikroorqanizmləri
tənzimləyir. Belə ki, ―Xarula‖ qobusunun qurğusunun kaskadı nohurun pla-
tinasıdır – durulaşmış axınları toplayan, eləcə də iki bufer nohurun platina-
ları, hansı ki, aralarında ağcaqayın və göyrüş ağaclarının əkinləri yerləş-
dirilmişdir. Bundan başqa, iydə ağaclarının əkinləri yuxarı bufer nohurunun
üst axınlarının qarşısında yaradılmışdır .
Qobunun dibinin müxtəlif pozisiyalarda bakterial kontaminasiyasının
müqayisəli analizi göstərdi ki, patogen mikroorqanizmlərin ən çox miqdarı
durulaşdırılmış axınların toplandığı nohurda tapılmışdır. Toplayıcı nohur
dolub - daşandan sonra çirkab sular iydə əkinlərinə daxil olur, bundan sonra
suyun bakterial kantominasiyası kəskin azalır. Yuxarı bufer nohurundan və
ağcaqayın və göyrüşdən olan meşə əkinlərindən keçən su, seliteb ərazidən
daxil olan çirkab suların hesabına yenidən patogen orqanizmlərlə zənginləşir.
Bütövlükdə biogenlərin axınlarının və patogen mikroorqanizmlərin
miqdarının tənzimlənməsi üçün qobunun dibində nohurların kaskadını
(durulaşdırılmış və bufer axınlarının toplayıcıları) və digər qurğuları, eləcə
də ağac əkinlərini yaratmaq lazımdır.
Aşağıdakı sxemdə heyvandarlıq fermalarının ərazisindən peyin axınla-
rının qobunun dibinə daxil olmasının qarşısını alan üsul göstərilmişdir.
Onun mahiyyəti ondan ibarətdir ki, fermadan aşağıda yamaca köndələn olan
istiqamətdə birinci xəndəyi qazırlar. Ondan çıxarılan torpaq qruntu yamacın
ikinci hissəsində toplanır. Peyin axınları ilk xəndəyə düşəndən sonra torpaq
qruntu tərəfindən sorulur və orada peyinin bərk fazası qalır. Birinci xəndək
peyinin bərk fazası ilə dolandan sonra onun üstü, birinci xədəyə paralel
olaraq ondan yuxarıda qazılmış, ikinci xəndəkdən çıxarılan torpaq qruntu ilə
örtülür. Birinci xəndəyin üstündə isə ağac bitkilərindən meşə əkinləri salınır.
Bu zaman ikinci xəndək meşə əkinlərini fermanın ərazisindən gələn
peyin axınlarından qoruyacaq, birinci xəndəkdəki peyin isə kompostlaşacaq
və ağac bitkilərinin böyüməsi və inkişafı üçün faydalı olacaq.
400
Zaman keçdikcə ikinci xəndək dolduqdan sonra həmin proses yenidən
təkrarlanır. Paralel xəndəklərin qazılması, eləcə də meşə əkinlərinin yara-
dılması fermanın yerləşdiyi ərazinin lap yaxınlığınadək davam etdirilə bilər
(şəkil 4.1).
Dostları ilə paylaş: |