yaşayış tikintilərindən sanitar-mühafizə zonaları ilə ayrılır. Belə zonaları
dən başlayırlar (cədvəl 4.22).
410
Heyvandarlıq kompleksləri və fermaları tərəfdən, onların qar, qum və
toz axınlarından qorumaq üçün SMZ –da meşə əkinləri yaradılır. Bundan
başqa, meşə əkinləri ferma və komplekslərin ərazilərində də - peyin saxlama
yerlərinin, təmizləyici qurğuların, peyin xəndəklərinin, heyvandarlıq və xid-
mət binalarının, toxumlama məntəqələrinin, yem anbarlarının canlı müha-
fizə ilə ayrılması üçün yaradılmalıdır. Bu əkinlər elə yerləşdirilməlidir ki,
ferma və komplekslərin ərazisində havanın sirkulyasiyasına (dövri hərə-
kətinə) çətinlik yaratmasın.
Peyinin idarə olunmasında daha az əhəmiyyət kəsb etməyən səbəb-
lərdən biri, heyvandarlığın əkinçilikdən ayrılması və onun sənaye əsasına
keçməsidir. Əkinçilik heyvandarlıq üçün yalnız yem verəndir, daha dəqiq
desək, gücləndirilmiş yemin sənaye istehsalı üçün xammal verəndir. Bu
sahələr arasında əks əlaqə praktiki olaraq yoxdur , bu isə maddələrin təbii
dövr etməsinin ekoloji balanslaşmasının əhəmiyyətli dərəcədə pozulmasıdır.
Dostları ilə paylaş: