405
Peyinin toplanmasının boru-resirkulyasiya sisteminin sxemi aşağıdakı
kimi işləyir (şəkil 4.3). Özüaxan boru xətti 4 açıq halda olanda fekal
sorucusu 1 işə salınır. Peyin şirəsi şirətoplayandan 3 təzyiqli boru xətti
vasitəsilə özbaşına axan 4 boru xəttinə verilir. 5 paylayıcı quyulardan 4 boru
xəttinə atılan peyin peyin- şirəsi axını ilə birgə tutucu-quyuya düşür, 6 tor-
şəbəkəsindən keçir peyin- şirəsi toplayana düşür.
Lazım olanda peyin-şirəsi peyin-şirəsi toplayandan 2 sürgüsünün mü-
vafiq vəziyyətində sorucunun köməyilə 7 boru-xətilə boşaltmaya yönəldilir.
Peyin-şirəsinin resirkulyasiyasının dövriyyəsi onun zərərsizləşdirilməsini
tələb edir.
Peyin kütləsinin tədarük üsulu iki qrupa bölünür: homogenləşdirmə
üsulu və zərərsizləşdirilmə üsulu.
Peyin kütləsinin homogenləşdirilməsinə (eyni cinsli) onun əsaslı su-
rətdə qarışdırılması və peyin-şirəsi toplayıcısının bütün həcmində xırdalan-
ması (mexaniki, pnevmatik və hidravlik qarışdırıcılar) yolu ilə çatmaq olar.
Maye peyini metantenklərdə termofil metan qıcqırması vasitəsilə,
termiki emalı (kontakt-qaz) alovla zərərsizləşdirmə üçün qurğuda VİESX
konstruksiyasında, aerob emalı ―Alfa-Laval‖ firmasının maye peyini hava
ilə qarışdıran xırdalayıcı-aeratorlarını tətbiq etməklə zərəsizləşdirmək olar.
Qapalı boru xətlərinin istifadəsi hazırlanmış maye peyinin ferma ətra-
fındakı yem sahələrinin suvarılmasına daşınma texnologiyasını ekoloji-
ləşdirir.
Dostları ilə paylaş: