mezafil, termofil, soyutma və yetişmə. Birinci üç mərhələ bir neçə həftə
ərzində baş verir. Yetişmə mərhələsi isə 55-60
0
C temperaturda və 60-70 %
nəmlikdə bir neçə ay davam edir. Kompostasdırmanı müxtəlif qrupdan olan
mikroorqanizmlər həyata keçirir: mikroflora - bakteriyalar, aktinomisetlər,
göbələklər, maya göpbələkləri (ən böyük əhəmiyyəti termofillər kəsb edir),
yosunlar, viruslar (sahibkar orqanizmdə yaşayırlar - bakteriyalarda və ya
aktinomisetlərdə); mikrofauna - ibtidailər; makroflora - ali göbələklər, mak-
rofauna - cütdırnaqlılar, çoxayaqlılar, gənələr, qurdlar (peyinin emalında
Eisenia foetida yağışqurdu çox vacibdir), eləcə də qarışqalar, ―termitlər‖,
hörümcəklər, böcəklər. Üzvi gübrə alınmasında kompostlaşdırma ən ekoloji
və qənaətli texnologiya hesab olunur. Peyinin maye fraksiyası və peyin
axınları toplayıcı nohurlarda yenidən formalaşır. Onların çökdürülməsi və
havalandırılması zamanı natrium və kaliumun miqdarı azalır, az miqdarda -
ammonyak və fosforun. Heyvandarlıq tullantılarının utilizasiyasının müasir
bioloji texnologiyaları (bakteriyalarla, sinantrop milçəklərin sürfələriylə,
metan yaradan mikro-orqanizmlərlə) SiderenkoO.D. və Çerdantsev E.B.
monoqrafiyalarında şərh olunur (2001).
Atmosfer, çöküntülərindən ferma biogesenozu ərazisindən çıxan çir-
kab suların həcmi (W
x
, m
3
/il ) bu formula ilə tapılır:
W
x
= δ
.
x
o
.
n
.
n
h
.
f
.
k
x
(4.10)
burada δ - göstəricilərin ölçüsünü korrektə edən parametr; x
o
- yağın-
tıların illik norması, mm; n - ferma ərazisinin qurulmasının möhkəmliyi
(sıxlığı) (tikinti altında olan ərazinin sahəsinin ümumi sahəyə olan nisbəti);
n
h
– fermada heyvanların sayı, baş; f – 1 heyvana düşən sahə norması, m
2
;
k
x
- yağıntıların axın əmsalı.
Dostları ilə paylaş: |