4.9. Bərk məişət tullantıları (BMT) üçün poliqonun tutumunun
hesablanması
Tullantıların emal metodundan asılı olmayaraq, ənənəvi olaraq bərk
məişət tullantıları (BMT) zibilliklərinin (poliqonların) köməyilə ləğv olunur.
Əldə olan qiymətləndirməyə görə, hətta ən müasir texnologiyalarda tullantı-
ların poliqonlarda yerləşdirilməsi digər üsullardan 65% ucuz başa gəlir.
Tullantıların yerləşdirilməsi dedikdə onların saxlanması və basdırıl-
ması başa düşülür.
Saxlanma (qablaşdırılma) - onların xüsusi təchiz olunmuş toplayıcılar-
da müvəqqəti neytrallaşdırılmasını, yəni ətraf mühitə tullantıların neqativ
təsirini azaltmağa yönəlmiş tədbirləri əhatə edir. Tullantıların poliqonlarda
yerləşdirilməsi: ümumi şəhər təyinatlı; müəssisələrin poliqonları; dağıntılar
və zibilxanalar ( qanuni və qanunsuz).
Qanuni zibilliklər - bu dövlət orqanlarının icazə verdiyi sənaye və
bərk məişət tullantılarının yerləşdirilməsi üçün yerlərdir. Lakin sanitar –
epidemioloji tələbatlardan kənarlaşır. Onlar müvəqqətidir və yenidən qurul-
maya və ya bağlanmaya məruzdurlar. Poliqonlar tullantıların mərkəzləşdi-
rilmiş toplanması üçün təbiəti mühafizə qurğularıdır. BMT üçün poliqonlar
şəhər kənarlarında yerləşdirilir, 500 m yaşayış massivlərindən uzaq olma-
lıdır. Lakin təhlükəli sənaye tullantəlarının (ST) yerləşdirilməsi üçün ayrılan
ərazilər isə yaşayış məntəqələrindən 3 km və daha çox uzaqda yerləşdiril-
məlidir.
RF-nin iri şəhərlərində ST (45%) dominantlıq edir, lil çöküntüləri QK
(31%) və BMT (17%).
Müasir poliqonlar – bu BMT-nin zərərsizləşdirilməsi, izolyasiyası və
qablaşdırılması üçün qurğular kompleksidir. Bu komplekslər atmosferi, tor-
pağı və suyu çirklənmədən mühafizə edir, gəmiricilərin, həşəratların və xəs-
təlik törədən mikroorqanizmlərin yayılmasının qarşısını alır. Poliqon kimi
karxanaların dağıntılarından, yarğanlardan, meşədə bəzi sahələrdən istifadə
olunur. Bataqlıqları, qrunt suları çıxan sahələri, geoloji dağıntılar olan yer-
434
ləri, aeroporta 15 km yaxın olan əraziləri poliqon kimi istifadə etmək olmaz.
Ərazinin poliqona yararlı olması haqda qərarı təbiəti mühafizə orqanları və
sanitar - epidemioloji nəzarət verir. Poliqon – filtrat və bioqazın daşınması
və atılması üçün lazım olan və eləcə də örtük qurğularını özündə birləşdirir.
Bioqaz - üzvi tullantıların anaerob parçalanma məhsuludur. Onun tərkibində
metan (CH
4
) – 65%; karbon qazı (CO
2
) – 33%; hidrogen sulfid ( H
2
S) – 1%,
eləcə də az miqdarda digər qazlar olur: azot, oksigen, hidrogen, karbon tur-
şusu. Bioqazın toplanması sistemi - bu poliqonun cismində bir neçə cərgə
vertikal və horizontal borulardan ibarətdir. Filtratda çirkləndirici maddələrin
təxmini tərkibi cədvəl 4.44 verilmişdir.
Dostları ilə paylaş: |