www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
329
329
329
329
329
329
329
329
329
Ģəxsiyyətin yönəliĢliyini müəyyən etməklə onun fəaliyyətinin
səmərəliliyini də Ģərtləndirir. Motivasiya təhriklə fəaliyyətin
məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə
olunur. Məlum olduğu kimi, onun həyata keçirilməsi prose-
sində motivlərin məqsədə keçməsi və məqsədin motivə
çevrilməsi baĢ verə bilər.
Psixoloqlar belə bir qənaətə gəlmiĢlər ki, təlim uğurları
təkcə Ģagirdin təlimə, öyrənməyə qabilliyi, bütövlükdə
qabiliyyətləri və s. ilə deyil, həm də təlim motivasiyası ilə
Ģərtlənir. BaĢqa sözlə, onun “yaxĢı oxuması” üçün bütün digər
Ģərtlərlə yanaĢı həm də təlim motivasiyasının formalaĢması
zəruridir (Ə.Ə.Əlizadə).
Ġnsan fəaliyyətinin baĢqa sahələrində olduğu kimi, təlim
fəaliyyətində də özünün xarakteri və fəaliyyət prosesində
oynadığı rola görə motivlərin, o cümlədən təlim motivlərinin
aĢağıdakı növlərini qeyd etmək olar:
1) sitüativ və geniĢ motivlər; 2) fəaliyyətin nəticəsinə
yönələn və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və
ictimai əhəmiyyətli motivlər.
Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji
ədəbiyyatda geniĢ istifadə olunan iki qrupa ayırmaq müm-
kündür:
1) geniĢ sosial motivlər və 2) idrak motivləri.
Bununla yanaĢı olaraq, motivlərin xarici və daxili tipləri
də qeyd olunur.
Təlim fəaliyyətində bu cür motivlərin formalaĢması
Ģagirdlərin tələbat sahəsinin formalaĢması ilə sıx bağlıdır.
Müəyyən Ģeylər, hadisələr, Ģərait insanın müvafiq fəallığının
mənbəyi kimi insan fəaliyyətinin motivinə çevrilir. Həmin
mənbələri üç əsas kateqoriyaya ayırmaq mümkündür: daxili,
xarici və Ģəxsi mənbələr.
Birinci, daxili mənbələr insanın tələbat sahəsi ilə bağlı
olur. Ġnsanda bu cür tələbatlar anadangəlmə və həyatda
qazanılan xarakter daĢıya bilər. Birinci halda orqanizmin üzvü
|