ġəxsiyyətin fəallığı və istiqaməti . ġəxsiyyətin fəallığı və onu
təmin edən amillər. ġəxsiyyətin istiqamətinin xarakteristikası.
Tələbatlar və onların növləri. ġəxsiyyətin davranıĢ motivləri.
Maraqlar və onların növləri. DünyagörüĢü, əqidə və ideallar.
ġəxsiyyətin mənlik Ģüuru . Mənlik Ģüuru funksiyaları
haqqında anlayıĢ. «Mən»in kəĢf olunması. «Mən» obrazının
formalaĢması. Özünüqiymətləndirmə və mənlik Ģüurunun əmələ
gəlməsində onun rolu. ġəxsiyyətin iddia səviyyələri.
Hisslər, iradə, fəaliyyət.
III. 5. 1. ġəxsiyyət haqqında anlayıĢ Müasir psixologiyada Ģəxsiyyət problemi . ġəxsiyyət problemi
elmin müxtəlif sahələrində çalıĢan alim və mütəfəkkirlərin illərlə diqqət
mərkəzində dayanan mühüm problemlərdən biri olmuĢ və müasir dövrdə
də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada Ģəxsiyyət, onun
fəallığı, formalaĢması, strukturu kimi məsələlər, ümumiyyətlə Ģəxsiyyət
anlayıĢının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha
həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.
Ġnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq
izlərinə və s. görə deyil Ģəxsiyyətlərinin xarakteristikasına görə də bir-
birlərindən fərqlənirlər. Ġnsanları gözlərinin rənginə, səslərinin tembrinə
və ya digər biofiziki xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən
onları bir Ģəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. ġəxsiyyət
anlayıĢı mürəkkəb anlayıĢdır. Onun adekvat Ģəkildə anlaĢılmasının
çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir
neçəsini nəzərdən keçirək.
1. Ġnsan Ģəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir.
www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
156
O, bir sıra amillərin, Ģəraitin, imkanların və determinantların təsiri
altında formalaĢan psixoloji törəmədir.