MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə310/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   306   307   308   309   310   311   312   313   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
118 
118 
tələblərdəndir. 
IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri 
Hisslərin xarici ifadəsi
. Biz ünsiyyətdə olduğumuz 
adamları 
hansı 
hisslər 
keçirdiklərini 
onların 
sifət 
cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya 
bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və 
kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını 
və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, 
eləcə də səsində əks olunur. 
Hər Ģeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun 
tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici 
ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, 
lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi 
keçirdikdə isə tamamilə baĢqa cür nəfəs alır. 
Ġnsanın hansı hissləri keçirməsi qan dövranında daha 
aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda 
üzünün rəngi qızarır, qorxduqda isə ağarır. 
Ġnsanın nə kimi hisslər keçirməsi əsasən onun 
mimikasında və intonasiyasında 
daha aydın əks olunur. 
Bunlarla yanaĢı, insanın keçirdiyi hissləri, onun 
bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da 
baĢa düĢmək mümkündür. Adətən, balet tamaĢaları zamanı 
artist bir kəlmə söz iĢlətmədən bədəninin ifadəli hərəkətləri ilə 
keçirdiyi müvafiq hissləri təzahür etdirir. 
Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz 
ifadəsini tapa bilir. Ġnsan müəyyən hadisəyə münasibətini 
nitqinin intonasiya tərzi ilə ifadə edə bilir. (Məsələn, necə? 
sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə 
mimika, pantomimika, jestlər, intonasiya, kinesika və 
proksimika qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları 
təzahür etdirir.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin