www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 282
282
deyildir. Ona görə də psixoloqlar tərbiyəvi metodları tətbiq
edərkən aĢağıdakı cəhətləri nəzərə almağı zəruri hesab edirlər:
birincisi , tərbiyə olunan Ģagirdin yaĢ və fərdi xüsusiyyətləri;
ikincisi , Ģagirdin
daxil
olduğu
uĢaq
kollektivinin
xüsusiyyətləri;
üçüncüsü, tərbiyəvi tədbirin həyata keçirildiyi
konkret Ģərait. Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq
edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Lakin məktəb
təcrübəsi göstərir ki, heç də tərbiyəçilər, müəllimlər bütün
hallarda tərbiyəvi tədbirlərdən müvafiq Ģəkildə istifadə edə
bilmir, onun düzgün hesab etdiyi tərbiyəvi üsul əksinə mənfi
nəticələr verir. Bu mənada tərbiyəvi təsirin müvəffəqiyyəti
təkcə tərbiyəçinin öz təsirinə hansı məna verməsindən deyil,
eyni zamanda tərbiyə olunanın onu necə, hansı mənada baĢa
düĢməsindən də asılı olur. Psixoloqlar belə bir cəhəti aĢkara
çıxarmıĢlar ki, tərbiyəvi tədbirin tətbiqi zamanı, müəllim və
tərbiyəçilər öz təsirlərində bir məna, Ģagird isə tamamilə baĢqa
bir məna görür. YaĢlılarla uĢaqlar arasında baĢ verən bu cür
anlaĢılmazlıq psixologiyada “məna maneəsi” adlanır. Bu cür
“ məna maneəsinin ” yaranması tərbiyəvi tədbirin təsir gücünü
aradan qaldırır.
Məna maneəsi ilə müəllim və valideynlər hələ
məktəbəqədər və kiçik məktəb yaĢı dövründə rastlaĢa bilirlər.
UĢaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan
yeniyetməlik zamanı məna maneəsi daha tez yaranır, daha
parlaq təzahür edir və çətinliklə aradan qaldırılır.
Psixoloji tədqiqatlar zamanı aĢkara çıxarılmıĢdır ki,
məna maneələrinin baĢ vermə səbəblərini bilməyən və bu cür
maneələrin yaranmasının qarĢısını almağa çalıĢmayan
tərbiyəçi qarĢısında qoyduğu tərbiyəvi vəzifəni həll etməkdə
çətinlik çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalıĢaq.
Zahirən məna maneələri onunla xarakterizə olunur ki,
sanki uĢaq böyüklərin dediklərini eĢitmir. Əslində isə uĢaq
ona deyilən sözü yaxĢı eĢidir, hətta onu təkrar da edə bilir.
Lakin həmin sözün mənasını qavramır. Psixoloqlar
müəyyən etmiĢlər ki, məna maneəsi həm uĢağın qarĢısında