www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
298
298
Ģəkildə deyil, qruplarda, kollektivdə yaĢayır və fəaliyyət göstərir. Ona
görə də öz qrupunun hər bir üzvünün tərbiyəsində həmin qrupun,
kollektivin rolu böyükdür. Məhz bu mənada uĢaq kollektivinin
böyüməkdə olan Ģəxsiyyətin formalaĢmasında
rolunu qeyd etməmək
olmaz. Kollektiv bir növ uĢaq Ģəxsiyyətinin inkiĢafı üçün Ģərait və Ģərt
rolunu oynayır. UĢaq kollektivi öz üzvlərinə qarĢı tərbiyələndirici
funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir,
onlardan
müvafiq davranıĢ tərzinə əməl etməyi tələb edir. Kollektivin təqdiri və
məzəmməti, sağlam tənqidi, iĢgüzar və ciddi tələbi öz üzvlərində
Ģəxsiyyətin inkiĢafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb
olur. Məhz buna görə də müəllim və tərbiyəçilər Ģagird Ģəxsiyyətinin
formalaĢmasında, o cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu
cür imkanlarından istifadə etməyə çalıĢmalıdırlar. Düzgün təĢkil
olunmuĢ kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.
Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə Ģagirdlərin
tərbiyəsinə
kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə də bağlıdır. Adətən
bu dövrdə yaranan uĢaq kollektivləri eyni tələbata malik olan,
müstəqilliyə can atan həmyaĢıdlardan ibarət olur. Ona görə də uĢaqlar
ən çox yoldaĢları ilə qarĢılıqlı əlaqədə olur, onları anlayır,
onlarla
asanlıqla razılığa gəlirlər. Nəticədə kollektivin tərbiyələndirici təsir
gücü daha real və faydalı olur. Bu cəhəti nəzərə alaraq müəllim və
tərbiyəçilər tərbiyəvi tədbirin təĢkili zamanı
kollektivin həmin
imkanlarından lazımi dərəcədə istifadə etməlidir.
YaxĢı təĢkil edilmiĢ Ģagird kollektivində ictimai həmrəylik,
ictimai rəyə hörmət, yoldaĢlıq
və dostluq, yüksək ideya inamı,
humanizm və s. kimi yüksək əxlaqi hisslərin formalaĢmasına geniĢ
imkan yaranır.
Yüksək ictimai həmrəylik hissinin formalaĢması Ģagirdi
kollektivin ümumi iĢində daha fəal Ģəkildə iĢtirak etməyə, kollektiv
qarĢısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin hisslərin
olması Ģagirdləri öz sinfinin, öz məktəbinin Ģərəfi uğrunda mübarizəyə
təhrik edir.
UĢaq kollektivində xüsusilə yoldaĢlıq
və dostluq hissinin
formalaĢması üçün geniĢ imkan yaranır. Burada Ģagirdlərin bir-birinə
qarĢı həssaslığı, qayğıkeĢliyi xüsusi yer tutur. Kollektivdə yaranan bu
cür hisslər Ģagirdləri bir-birinə qarĢı qayğı
göstərməyə, lazımi
köməklik etməyə yönəldir. Yaxınlıq, yoldaĢlıq münasibətləri dostluq
hissinin formalaĢmasına, hər bir gəncin yaxın dostunun meydana
gəlməsinə səbəb olur.
Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlərinin