MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə478/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   474   475   476   477   478   479   480   481   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
299 
299 
299 
299 
299 
299 
299 
299 
299 
normalarına çevrilir. O cümlədən kollektiv üzvlərində yüksək ideya 
inamı yaranmıĢ olur.
Nəhayət kollektiv özü Ģagirdlərdə kollektivçilik hissinin 
formalaĢmasına da gətirib çıxarır ki, nəhayət həmin Ģagirdlərdə onları 
əhatə edən yoldaĢlarına qarĢı əsl humanist münasibətlərin yaranmasına 
səbəb olur. Onlarda empatiya (baĢqa adamların psixi halətlərini baĢa 
düĢmək və onların dərdinə Ģərik olmaq qabiliyyəti), identifikasiya, 
mehribanlıq və s. kimi keyfiyyətlər baĢ qaldırır. 
Gənc nəslin tərbiyəsində ailənin rolu. 
UĢağın münasibətlərdə 
olduğu ilk qrup ailədir. UĢaq ilk növbədə ailədə tərbiyə alır. Onun 
sonrakı taleyi, həyatda tutacağı mövqe həmin tərbiyədən çox asılıdır.
Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan Ģəxsiyyətin 
formalaĢmasında əsas vasitə olmuĢdur. Azərbaycanın görkəmli Ģairi və 
mütəfəkkiri Nizami Gəncəvi ailəni uĢağın ilk tanıĢ olduğu ictimai 
mühit adlandırmıĢdır. Nizamiyə görə uĢaqların həyatda düzgün mövqe 
tutması üçün ailə tərbiyəsi əsas olmalıdır. 
UĢaqlara ictimai borcu Ģüurlu mənimsətmək, ictimai mənafeyin 
pozulmasına qarĢı mübariz, ədalətli, əməksevər ruhda həyata vermək 
valideynin vətəndaĢlıq borcuna sadiq qalması ilə Ģərtlənir, onun özünün 
cəmiyyətə münasibətini, cəmiyyətdə tutduğu mövqeyi müəyyənləĢdirir. 
Məhz ailə uĢaq Ģəxsiyyətinin formalaĢmasının ilk məktəbi olur. 
Böyüklərlə ünsiyyət prosesində uĢaq tam bir əxlaqi sərvət və ideallar 
sistemini mənimsəyir. Bütün bunların formalaĢmasında böyüklərin 
Ģəxsiyyətinin –xüsusiyyətləri, ailə üzvlərinin qarĢılıqlı münasibəti 
əsaslı rol oynayır. BaĢqa sözlə, uĢağın tərbiyəsi, onun Ģəxsiyyətinin 
inkiĢafı valideynlərinin Ģəxsiyyətinin necə formalaĢmasından çox 
asılıdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, sən valideynlərin üçün nə 
etmisənsə, övladlarından da onu gözləməlisən. Çünki onun 
Ģəxsiyyətinin formalaĢmasında sənin münasibətlərin öz əksini tapır. 
BaĢqa sözlə, uĢaq öz valideynini bir nümunə kimi qavrayır, onun bütün 
münasibətlər sistemini mənimsəyir və öz davranıĢına daxil edir. Burada 
görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini xatırlamaq yerinə 
düĢərdi. L.S.Vıqotski göstərir ki, uĢağın gerçəkliyə münasibəti lap 
əvvəldən sosial münasibət xarakteri daĢıyır. UĢaq artıq körpəlik 
dövründən böyüklərdən özünün ətraf mühitlə əlaqəsi üçün vasitəçi 
kimi istifadə etməyə baĢlayır. Bu prosesdə o, dilə yiyələnir. Ailənin 
yaĢlı üzvləri əĢyaların simvolik iĢarələri barədə uĢağa biliklər verməklə 
həmin əĢyalara və hadisələrə qarĢı öz münasibətlərini də çatdırırlar. 
Beləliklə, tədricən uĢaqda bilik, münasibət və təəssürat sistemi yaranır 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin