MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə475/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   471   472   473   474   475   476   477   478   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
296 
296 
davranmasi üçün onun istinad etməli olacağı geniĢ əxlaqi təsəvvürləri, 
əxlaqi bilik ehtiyatı olmalıdır. Psixoloji tədqiqatlar nəticəsində 
müəyyən edilmiĢdir ki, əxlaqi bilik və anlayıĢların mənimsənilməsi 
prosesi mürəkkəb xarakter daĢımaqla, xüsusi rəhbərlik tələb edir. 
Təsadüfi hadisələrin, düzgün olmayan mikromühitin, böyüklərin 
düzgün olmayan davranıĢının və s. təsiri altında yaranan əxlaqi 
anlayıĢlar təhrif olunmuĢ xarakter daĢıya bilər. Bu isə səhv davranıĢa 
gətirib çıxara bilər. Ona görə də birinci növbədə əxlaqi təsəvvür, bilik 
və anlayıĢların yaranması qayğısına qalmaq lazımdır. Lakin təcrübə 
göstərir ki, əxlaqi anlayıĢların mənimsənilməsi əxlaqi Ģüurun 
yaranması və inkiĢafı üçün mühüm rol oynasa da, öz-özlüyündə hələ 
əxlaqi davranıĢın formalaĢmasını təmin edə bilmir. 
AparılmıĢ psixoloji tədqiqatlardan və məktəb təcrübəsindən 
aydın olur ki, çox vaxt uĢaqlar əxlaq normalarını yaxĢı bildikləri, onun 
haqqında geniĢ biliyə malik olduqları halda, öz davranıĢlarında onlara 
əməl etmirlər. Bu isə bəzən müəllimdə, tərbiyəçidə təəccüb doğurur. 
Ona görə də Ģagirdin necə davranmağı yaxĢı bildiyini, lakin ona əməl 
etmədiyini irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o 
qədər də fərəhləndirici olmur. Əksinə, bəzən Ģagirdin özünə inamı itir, 
biliklə əməl arasında əlaqə pozulur, biliyin tətbiqi üçün münasib Ģərait 
yaranmır. Bu cəhəti nəzərə alaraq birinci növbədə müəllim öz 
Ģagirdləri üçün yalnız öyüd-nəsihətçi, mentor tərbiyəçi olmaqdan 
uzaqlaĢmalı, onların əldə etdikləri əxlaqi bilik və təsəvvürləri öz 
davranıĢlarına tətbiq etmək meyli və adəti yaratmağa çalıĢmalıdır. 
Bunu isə yalnız sözlə, verbal yolla həyata keçirmək mümkün deyildir. 
Hər Ģeydən əvvəl uĢaqdakı əxlaqi bilik və anlayıĢlar onun inamına 
çevrilməlidir.
Psixoloji tədqiqatlar göstərmiĢdir ki, Ģagirdlərdə əxlaqi bilik və 
anlayıĢların inama çevrilməsi üçün həmin bilik və anlayıĢların davranıĢ 
motivləri 
və 
onlara 
uyğun 
əxlaqi 
adətlər 
sistemində 
möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq, hərəkət etməyi 
dərk etməklə adət edilmiĢ davranıĢ arasında müəyyən ziddiyyət 
mövcud olur. Bu ziddiyyəti aradan qaldırmaq yalnız Ģagirdlərin 
müvafiq davranıĢ təcrübəsinə yiyələnməsi nəticəsində mümkün ola 
bilər. Əxlaqi təcrübəni isə Ģagirdlər davranıĢdakı mümarisələr 
sayəsində, baĢqa sözlə müəllim tərəfindən uĢaqların müxtəlif, lakin 
mahiyyətcə oxĢar həyati situasiyalarda təĢkil olunmuĢ hərəkət və 
davranıĢları zamanı əldə edirlər. Psixoloqlar uĢaqların bu cür davranıĢ 
təcrübəsini, praktik fəaliyyətini onların emosiyaları ilə əlaqələndirməyi 
vacib hesab edirlər. Bu zaman emosiyalar vətənpərvərlik və 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   471   472   473   474   475   476   477   478   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin