MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə476/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   472   473   474   475   476   477   478   479   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
297 
297 
297 
297 
297 
297 
297 
297 
297 
beynəlmiləlçilik, humanizm, borc, məsuliyyət, yoldaĢlıq, vicdan və s. 
kimi əxlaqi hisslərin formalaĢmasına müsbət təsir göstərir. Adətən, 
əxlaqi hisslərin, eləcə də əxlaqi inamın yaranmasına nail olmaq, həmin 
keyfiyyətləri tərbiyə etmək üçün onların Ģagirdlər tərəfindən fəaliyyət 
prosesində mənimsənilməsi və keçirilməsi tələb olunur. Əgər Ģagird 
heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi hərəkətdən razılıq hissi 
keçirərsə, sonradan bir daha həmin hissi halı keçirməyə can atacaqdır. 
Məhz buna görə də müsbət əxlaqi hissləri tərbiyə etmək üçün elə 
situasiya yaratmaq lazımdır ki, Ģagird qüvvətli müsbət nümunə ilə 
qarĢılaĢsın, həmin prosesdə iĢtirak etsin və müvafiq hisslər keçirə 
bilsin. Bu zaman Ģagird öz inam və idealı mövqeyindən çıxıĢ edərək
özünü və bütün ətrafdakıları qiymətləndirməyə baĢlayır. 
Adətən, yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin 
məqsədləri ilə müəyyən edilən praktik fəaliyyətlərində formalaĢır. 
Fəaliyyət prosesində cəmiyyətin nümunələri, idealları təĢəkkül tapır. 
Yuxarıda qeyd etdiyimiz kimi, fəaliyyətin düzgün seçilməsi, müvafiq 
yaĢ dövrünə uyğunluğu, düzgün təĢkili və tərbiyələndirici istiqaməti 
həlledici əhəmiyyətə malikdir. Lakin burada bir cəhəti də unutmaq, 
nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın qarĢılıqlı 
münasibətlərinin xarakterindən ibarətdir.Burada tərbiyəçinin tərbiyə 
olunana münasibəti güclü xarici təsir qüvvəsi kimi özünü göstərir. 
ġagirdin xarici təsirlə daxili aləminin qarĢılıqlı əlaqəsini, ona göstərilən 
xarici təsirə Ģəxsi münasibətinin xarakteri burada mühüm rol oynayır. 
Ona görə də Ģagirdin Ģəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi 
əxlaq normalarına zidd olarsa, Ģagird bu tələbləri formal olaraq 
mənimsəyər, ona yalnız müvafiq Ģəraitdə – böyüklərin nəzarəti zamanı 
əməl edər. Təcrübə göstərir ki, qarĢılıqlı təsir düzgün qurulmadıqda, 
qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda bəzən uĢaqlar tərbiyəçinin 
tələblərinə formal Ģəkildə də tabe olmur, özünü ona qarĢı qoyur, öz 
Ģəxsi əqidəsində qalır. Belə olduqda, adətən, uĢaq kollektivdən ayrılır, 
özünə məktəbdənkənar yoldaĢlıq mühiti – referent qrup seçir.
Normal Ģəraitdə belə Ģagirdlərin tərbiyəçinin tələblərini 
mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi birdən-
birə baĢ vermir, bir sıra mərhələlər keçir. Ġlk dövrdə Ģagird həmin tələbi 
xarici, məcburi tələb kimi qəbul etməli olur. Sonra Ģagird həmin tələbi 
könüllü olaraq qəbul edir, öz vəzifəsini, borcunu dərk edir. Son 
mərhələdə kənardan verilən əxlaqi tələb Ģagirdin özünün Ģəxsi, daxili 
tələbinə çevrilir, özünə qarĢı həqiqi tələbkarlıq meydana gəlir. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin