www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
302
302
tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur.
Ailədə
valideynlər arasında uĢaqların tərbiyəsində vahid tələbin
olmaması, uĢağın tərbiyəsi və onun Ģəxsiyyətinin inkiĢafı
üçün müvafiq Ģəraitin yaradılmaması, valideynlər arasında
ciddi konfliktin olması, valideyinlərin davranıĢında uĢağa
mənfi təsir edəcək qüsurların mövcudluğu,
ailədə əxlaq,
ictimai münasibət normalarına uyğun olmayan sərvət və
normalar sisteminin formalaĢması və s. “çətin” uĢaqların
yaranmasının baĢlıca səbəbləridir.
Hələ kiçik məktəb yaĢı dövründə emosional sahəsində
problemlərin olması ilə bağlı «çətin» uĢaqların
meydana
gəlməsi də özünəməxsus amillərlə bağlı olur. Kiçik
məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə
aĢağıdakıları aid etmək olar: 1)
təbii xüsusiyyətlər
(məsələn,
temperamentin tipi); xoleriklərdə oyanma çox vaxt yüksək
olduğundan, onlarda təcavüzkarlıq yüksək olur; melanxoliklər
ağlağan, hər Ģeydən tez təsirlənən, utancaq olurlar); 2
)
sosial
amillər
:
– ailə tərbiyəsinin tipi (uĢağı rədd etmək, həyəcanlı-
vasvası tərbiyə,
hipersosial tərbiyə, eqoistik tərbiyə);
– müəllimlərin münasibəti;
– məktəb psixoloqunun təsiri.
“Çətin” uĢaqlarla iĢ aparmaq və onlarda özünü göstərən
qüsurları aradan qaldırmaq üçün bu cür uĢaqların əmələ
gəlməsinin səbəblərini araĢdırmaq,
psixoprofilaktika və
psixokorreksiya vasitələrindən sistemli Ģəkildə istifadə etmək
lazım gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi
iĢ düĢür. Burada birinci növbədə əsas diqqət Ģəxsiyyəti sosial
cəhətdən deformasiyaya uğrayan, asosial uĢaqların vaxtında
diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uĢaqda
“çətinliyin” yaranması səbəblərinin aĢkara çıxarılmasına da
xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uĢağın
fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi
iĢ sistemi müəyyənləĢdirilməlidir.