MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə522/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   518   519   520   521   522   523   524   525   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
344 
344 
Ģagirdlərə bilik, bacarıq və vərdiĢlər aĢılamaqla məhdudlaĢmır, eyni 
zamanda onlara dünyagörüĢü, əqidə və inam aĢılayır. Bu prosesdə 
Ģagirdlər zəruri davranıĢ formalarına yiyələnirlər. Onlarda fəallıq, 
biliyə hərislik inkiĢaf edir. 
Müəllimin pedaqoji fəaliyyəti və bu zaman qarĢısına 
qoyduğu vəzifələri yerinə yetirməsi əsasən məktəbdə həyata 
keçir. Müəllimin vəzifələri məktəbin qarĢısında duran ümumi 
vəzifələrdən doğur. Müasir məktəbin isə ən mühüm, daimi 
vəzifəsi böyüməkdə olan nəslə elmlərin əsasları haqqında 
dərin və möhkəm biliklər vermək, həmin bilikləri təcrübədə 
tətbiq etmək vərdiĢləri və bacarıqları aĢılamaqdan ibarətdir. 
Burada həlledici rolu müəllim oynayır.
Müəllimin pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə 
yetirməsi onun öz qarĢısında duran funksiyaları necə həyata 
keçirməsindən asılı olur. Müəllimin pedaqoji fəaliyyətinin 
təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra 
funksiyalardan ibarətdir. Həmin funksiyaların həyata 
keçirilməsi Ģagirdlərin təlim və tərbiyəsini, onlarda 
Ģəxsiyyətin formalaĢmasını təmin edir. 
Psixoloji ədəbiyyatda məktəbdə hər bir fənn müəl-
liminin fəaliyyəti üçün xarakterik olan aĢağıdakı pedaqoji 
funksiyalar qeyd olunur: 
inkişafetdirici, tərbiyəedici, kom-
munikativ-öyrədici, qnostik, konstruktiv, təşkilatçılıq

ġübhəsiz bu cür funksiyaların sayını artırmaq olardı. 
Lakin elə qeyd etdiyimiz bu altı funksiya haqqında biliyə 
malik olmaq və həmin funksiyaları həyata keçirməyi 
bacarmaq hər bir fənn müəlliminin pedaqoji ustalığının
göstəricisi ola bilər. Ġndi də həmin funksiyaların mahiyyətinə 
nəzər salaq. 
İnkişafetdirici funksiya
,
adından məlum olduğu kimi, 
müəllimdən öz Ģagirdlərini inkiĢaf etdirmək vəzifəsini həyata 
keçirməyi tələb edir. Təlim və Ģagirdlərin inkiĢafı vahid, bir-
birilə bağlı proseslərdir. Ona görə də inkiĢafetdirici pedaqoji 
funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, 
müəllim Ģagirdlərin Ģəxsiyyətlərinin əqli, sensor və emosional 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   518   519   520   521   522   523   524   525   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin