Ümumi psixologiya. Psixologiya 384
384
7.ġəxsiyyətlərarası münasibətlər. YoldaĢlıq münasi-
bətləri. ġagirdlərin mikroqruplardakı qarĢılıqlı əlaqəsini xüsu-
siyyətləri. Kollektivə xüsusi təsir edə bilən Ģagirdlərin olması.
8.Sinif kollektivinin yaĢ xüsusiyyətləri. Əldə edilmiĢ
materialların təhlili və ümumiləĢdirilməsi əsasında sinif
kollektivinin aĢkara çıxarılması mümkün olan spesifik
xüsusiyyətləri.
9.Sosial mühitin, valideynlərin, ictimaiyyətin, sinif kollektivinə təsiri. 10. ġagirdlərdə ictimai fəallığı yüksəltmək, onlarda
xarakterin müsbət əlamətlərininin aĢılanması məqsədilə
təcrübəçi tələbənin sinifdə apardığı iĢin məzmunu.
11.Gələcəkdə həmin sinif kollektivi ilə aparılacaq
tərbiyəvi iĢin məzmunu və təĢkilinə aid təkliflər (müəl-
limlərin, sinif rəhbərinin valideynlərin aparacağı iĢlər).
Dərsin psixoloji təhlili Tədris iĢinin təĢkilinin əsas forması olan dərsin xüsusiy-
yətləri ilə dərindən tanıĢ olmadan, müasir dərsə verilən
tələbləri nəzərə almadan yaxĢı müəllim olmaq, Ģagirdlərə
zəruri bilik, bacarıq və vərdiĢlər aĢılamaq, dərsdə onların
Ģəxsiyyətinin formalaĢmasına təkan vermək mümkün deyildir.
Ona görə də dərsi (istər baĢqalarının, istərsə də özünün dediyi
dərsi) psixoloji cəhətdən təhlil edə bilməyən təcrübəçi –
müəllim bu tələbləri nəzərə almaqda çətinlik çəkəcəkdir.
Bununla yanaĢı olaraq, dərsin dərin psixoloji təhlilini
verməyi bacaran müəllim həm öz əməyinin, həm də təlimin
hər bir mərhələsində Ģagirdlərin bilik və bacarıqlara yiyə-
lənməsinin səmərə və keyfiyyətini yüksəldə biləcəkdir.