MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə164/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   613
ü
) т я л я б а т л а р
Аълыг, сусузлуг, истидян, сойугдан горунмаг вя с.


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
176 
Ekzistensional psixologiya konkret insanın Ģəxsi təcrübəsinin 
ümumi sxemə uyğun gəlməməsinin unikallığını qeyd edir. 
Ekzistensional psixologiyanın əsas məqsədlərindən biri Ģəxsiyyətin 
autentiklik – onun həyatdakı varlığının onun daxili təbiətinə uyğunluğu 
probleminin həllindən ibarət olmuĢdur. Müasir ekzistensional psixo-
logiyanın təcrübəsində psixoanalizin bir çox nailiyyətlərindən istifadə 
olunmuĢdur.

III. 5. 5. ġəxsiyyətin fəallığı və istiqaməti 
ġəxsiyyətin fəallığı və onu təmin edən amillər
. Əvvəl qeyd 
edildiyi kimi, Ģəxsiyyət gerçəkliyi dərk edib dəyiĢdirməyi bacaran, 
fəaliyyət göstərən konkret canlı insandır. Deməli, Ģəxsiyyət ictimai 
münasibətləri dərk edən, həmin münasibətlər qovuĢuğunda formalaĢan 
subyekt, daha doğrusu fəal varlıqdır. Məhz onun fəallığı onun üçün 
fərqləndirici əlamət rolunu oynayır. ġəxsiyyət fəaliyyətin köməyi ilə 
gerçək aləmlə fəal qarĢılıqlı təsir prosesində təĢəkkül tapır.
Bəs insan Ģəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin edən 
amillər nədən ibarətdir? Bu sual uzun illər ərzində kəskin mübahisələrin 
meydana gəlməsinə səbəb olmuĢdur. Yuxarıda Ģəxsiyyət haqqında 
nəzəriyyələrdən danıĢarkən qeyd olunduğu kimi, Ģəxsiyyətin 
davranıĢını, onun fəallığını təmin edən amillər müxtəlif istiqamətdə öz 
əksini tapmıĢdır. Bunu aydın görmək üçün görkəmli psixoloq K.Levinin 
təklif etmiĢ olduğu formulaya nəzər salaq
1
.
K.Levin Ģəxsiyyətin davranıĢını təmin edən amilləri təhlil etmək 
üçün B=F (P, E) formulunu təklif etmiĢdir. Burada B-davranıĢ; F-
funksional asılılıq iĢarəsi; P- Ģəxsiyətin daxili subyektiv xassələri; E- 
sosial mühiti bildirir.
K.Levinə görə Ģəxsiyyətin davrvnıĢını, fəallığını 
psixodinamik 
istiqamətdən izah edən istiqamətin baxıĢlarını həmin formulaya tətbiq 
etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki, psixodinamik istiqamətdə 
Ģəxsiyyətin davranıĢı faktiki olaraq yalnız fərdin daxili subyektiv 
psixoloji xassələri ilə əlaqələndirilir və onunla izah olunur. Burada 
sosial mühitin rolu nəzərə alınmır.
1
Бах,

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin