MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə166/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   613
Təbii tələbatlar
– fərdin yaĢayıĢını və nəslini davam etdirmək 
üçün Ģərait və ehtiyacların inikası əsasında yaranır. Təbii tələbatlara 
qida, təmizlik, isti və soyuqdan mühafizə, istirahət, nəsli davam 
etdirmək və s. ehtiyaclar misal ola bilər. 
Mədəni tələbatlar – 
fərdin daxil olduğu sosial qruplarda mövcud 
mədəniyyətin psixi inikası nəticəsində yaranır. Mədəniyyət, sosial 
qrupda, tarixi inkiĢaf prosesində insanların əli və dühası ilə yaradılmıĢ 
cisim, hadisə və münasibətlər mövcuddur. Hər konkret tarixi cəmiyyətin 
özünəməxsus geyim, ünsiyyət, məiĢət və s. dəbləri və onların inikası 
əsasında yaranan tələbatlar sistemi vardır. Fərd cəmiyyət daxilində ən 
kiçik yaĢlarından real gerçəkliyi dərk etmə prosesində adət və ənənələrə, 
yaĢayıĢ və davranıĢ tərzinə yiyələnir, sosiallaĢma prosesi keçirir. 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
178 
SosiallaĢma prosesində fərd sosial qrupun tələbatlar sistemini, onların 
ödənilməsi yol və vasitələrini də mənimsəyir. Mədəni tələbatlar öz 
məzmunu etibarı ilə sosial tələbatlardır. Ona görə də Ģəxsiyyət ən təbii 
ehtiyaclarını belə daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində 
ödəyir. Beləliklə, cəmiyyətin tarixi inkiĢaf səviyyəsindən asılı olaraq, 
orada yaĢayan adamların tələbatlar sistemi istər məzmun, istərsə də 
forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.
Tələbatları, onların məzmunlarının səciyyəsinə görə təsnif 
edərkən 
maddi və mənəvi
tələbatları müəyyənləĢdirirlər. Maddi 
tələbatlar-maddi ehtiyaclardan doğur. Mənəvi tələbatlara insanların 
siyasətə, əxlaqi davranıĢa, dinə, elmə, incəsənətə və s. olan tələbatları 
daxildir.
Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə bağlıdır. 
Mənəvi tələbatların təmin olunması üçün daima maddi Ģeylərin olması 
tələb edilir ki, bunlar da öz növbəsində maddi tələbatların predmetini 
təĢkil edir.
Buradan isə aydın olur ki, mənĢəyinə görə təbii olan tələbat, eyni 
zamanda predmetinə görə maddi tələbat ola bilər. MənĢəyinə görə 
mədəni olan tələbat predmetinə görə ya maddi, ya da mənəvi ola bilər. 
Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə edir 
və onların insan Ģüurunun inkiĢaf tarixinə və yönəldikləri obyektlərə 
münasibətini ifadə edir.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin