MahirəNərimanqızı


Adekvat özünüqiymətləndirmə



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə172/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   613
Adekvat
özünüqiymətləndirmə
. Bu cür özünüqiymətləndirmə zamanı insan 
özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd 
etməklə özünü düzgün qiymətləndirir. 2
) Qeyri
– 
real yüksək 
özünüqiymətləndirmə
. Bu cür özünüqiymətləndirmə zamanı insan 
özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. 
Adətən bu cür özünüqiymətləndirmə ĢiĢirdilmiĢ xarakter daĢıyır, insanın 
özündən bədgümanlığı ilə nəticələnir. Ona görə də bu cür adamlar 
baĢqaları tərəfindən rəğbətlə qarĢılanmırlar. 3) 
Qeyri-real
aşağı 
özünüqiymətləndirmə
. Bu cür özünüqiymətləndirmə zamanı insan 
özünün keyfiyyətlərini, imkanlarını layiq olduğundan aĢağı 
qiymətləndirir.
Qeyri-real yüksək və qeyri – real aĢağı özünüqiymətləndirmə 
eyni dərəcədə ziyanlıdır. Məsələn, öz imkanlarını qeyri-real yüksək 
qiymətləndirən Ģagird və ya tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi 
yaranır. Nəticədə nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz 
imkanlarını qeyri-real aĢağı qiymətləndirən Ģagird və ya tələbələrdə isə 
mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi olmur, nəticədə onlar 
mövcud imkanlarını təzahür etdirə bilmirlər. Ona görə də ən cüzi 
nailiyyətlə kifayətlənməli olurlar.
Özünüqiymətləndirmədə Ģəxsiyyətin 
iddia səviyyəsi
ilə də sıx 
bağlıdır. Ġddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət zamanı 
Ģəxsiyyətin seçdiyi və qarĢısına qoyduğu məqsəd və vəzifələrin çətinlik 
dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur. BaĢqa 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
184 
sözlə iddia səviyyəsi fərdin qarĢısına qoyduğu məqsədin çətinlik 
dərəcəsi 
ilə 
müəyyən 
olunan 
Ģəxsiyyətin 
arzuolunan 
özünüqiymətləndirmə (mən obrazı) səviyyəsindən ibarətdir.
Ġnsan sonra yerinə yetirəcəyi iĢin çətinlik dərəcəsini sərbəst 
Ģəkildə seçərkən özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür 
konfliktin yaranmasına səbəb olur: bir tərəfdən maksimum 
müvəffəqiyyət əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən 
uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aĢağı salmaq. 
Müvəffəqiyyət əldə edildikdə adətən iddia səviyyəsi artır, insan daha 
çətin məsələni həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq 
zamanı isə iddia səviyyəsini müvafiq Ģəkildə aĢağı salır.
ġəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə özünü 
aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq.
Ġmtahana zəif hazırlaĢmıĢ tələbə 5 qiymət almağa cəhd göstərir və 
verilmiĢ 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə görə həmin qiyməti 
ala bilmədikdə ruhdan düĢməyəcəkdir. O eyni zamanda 3 qiymətə layiq 
görüldükdə də o qədər sevinməyəcəkdir. Çünki bu məqsədə nail olmaq 
o qədər də çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı 
artırmaqla yaxĢı qiymət almaq üçün ona neçə misal verilməsini 
istədiyini təklif etməklə onun iddia səviyyəsini müəyyənləĢdirmək 
mümkündür.
Bu sadə model göstərir ki, Ģəxsiyyət öz iddialarının səviyyəsini 
müəyyən edərkən özü üçün müəyyən perspekti saxlamağa çalıĢır. Buna 
görə də o, elə tapĢırıq və məqsədlər seçir ki, onlar nə həddindən artıq 
çətin, nə də həddindən artıq asan olsun.
AparılmıĢ tədqiqatlar göstərmiĢdir ki, iddia səviyyəsinin 
formalaĢması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqcadan 
görməklə, həm də hər Ģeydən əvvəl, keçmiĢ müvəffəqiyyət və 
uğursuzluqların ağıllı surətdə, bəzən isə dumanlı dərk olunan Ģəkildə 
nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən edilir. Məktəblinin 
tədris iĢində, dərnəkdə məruzə üçün mövzu, ictimai tapĢırıq və s. 
seçərkən iddia səviyyəsinin formalaĢmasını izləmək olar.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin