MahirəNərimanqızı


III.5.7.Hisslər, iradə, fəaliyyət



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə173/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   613
III.5.7.Hisslər, iradə, fəaliyyət 
 
Bu bölməni təsadüfi olaraq «hisslər, iradə, fəaliyyət» 
adlandırmamıĢıq. Burada iĢlədilən sözlərin Ģəxsiyyətin fəallığında rolu 
inkaredilməzdir. Belə ki, insan fəallığı müvafiq hissləri doğuran 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
185 
emosional təəssüratdan baĢlayır. Bu zaman Ģəxsiyyət üçün əhəmiyyətli 
obyektə baxdıqda (proyeksiya olunduqda) həmin obyekt insanın sərvət 
meylləri ilə emosional təəssüratları arasında əlaqənin yaranmasına səbəb 
olur ki, bu da öz növbəsində konkret iĢin baĢa çatdırılmasına iradi cəhdi 
aktuallaĢdırır.
Emosional 
təəssüratın özünün yaranması stereotiplərin, 
ustanovkanın dəyiĢməsi və ya pozulması, baĢqa sözlə gerçəkliyin əks 
olunma forması müvafiq hisslərin keçirilməsinə gətirib çıxarır. Məsələn, 
milli futbol komandamızın oyunu qələbə ilə nəticələndikdə yaranan 
emosional təəssürat bizdə iftixar hissi, uduzduqda isə narazılıq ilə bağlı 
hissi yaradır. Yaxud, iĢgüzar partnyorumuzla bağlı yeni əlaqənin 
yaranması ilə bağlı emosional təəssürat razılıq hissi keçirməyimizə, 
tamas alınmadıqda isə narazılıq hissinin yaranmasına səbəb olur. 
Beləliklə, hər cür emosional təəssürat öz modallığı və yönəliĢliyinə görə 
bir-birindən fərqlənən hisslər doğurur. Ġnsanın keçirdiyi bu cür fərqli 
hisslər onun iĢ və fəaliyyətinin «mexanizmi» ilə bilavasitə əlaqəyə malik 
olur. 
Adətən, neytral hisslər olmur və ya belə demək mümkündürsə, 
emosional neytrallıq uzun ömürlü olmur. Ġnsan gah bir, gah da digər 
tərəfə meyilli olur və nəticədə ya müsbət, ya da mənfi hisslər keçirir. 
Modallığından asılı olmayaraq onların təzahürü həmiĢə müəyyən 
obyektə yönəlmiĢ olur. Bu zaman həmin obyektin harada olması əsas 
deyildir. Biz heç bir səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin 
neqativizmi və ya pozitivizmi subyektiv və ya obyektiv səbəblərlə 
Ģərtlənir. Bu cür hissi yönəliĢlik və yaxud hissi proyeksiya olduqca 
vacibdir. Məhz bunun sayəsində proyeksiya olunmuĢ hissləri Ģəxsi 
sərvət meyilləri ilə əlaqələndirmək olar.
Bunu müvafiq misallar əsasında aydınlaĢdıraq. Yerinə 
yetirdiyimiz iĢin keyfiyyəti ilə bağlı tənqidi fikirlər çox vaxt bizdə 
narazılıq, inciklik və ya pərtlik hissi yaradır. Öz ünvanımıza yönələn 
tənqidi dinləməklə biz həmin hissləri keçirməyə baĢlayırıq və onlar 
bizdə qalmır, Ģəxsi əhəmiyyət daĢıyan obyektlərin üzərinə keçir. Bu cür 
obyekt tənqidin irəli sürüldüyü Ģərait, ola bilsin ki, tənqid edilən adam 
və yaxud tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik 
hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli gələ bilər.
Bu zaman biz ya özümüzü pis iĢlədiyimizə görə danlayır, ya 
rəisin günahkar olduğunu düĢünür, ya yerinə yetirdiyimiz iĢi pisləyirik, 
lakin tənqidin məzmunu haqqında fikirləĢmirik. Ġnsan hissinin bu 
fenomeni məiĢət psixologiyası səviyəsində hamıya yaxĢı məlumdur. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin