MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə214/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   210   211   212   213   214   215   216   217   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
14 
14 
 IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri
 
 
Digər psixi proseslər kimi diqqət də öz fizioloji 
mexanizimlərinə malikdir. Diqqəti adətən sinir sistemlərinin 
müxtəlif səviyyələrində yerləĢən «süzgəcə» bənzədirlər və bu 
funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli 
Ģaxənin həyata keçirdiyi təsdiq olunmuĢdur. 
Hələ vaxtilə akademik Ġ.P.Pavlov diqqətin fizioloji 
əsasını birinci növbədə 
bələdləşmə refleksi
ilə izah etmiĢdir. 
Adətən, qarĢılaĢdığımız hər bir yeni cisim və ya hadisə, 
yenilik bizi maraqlandırır, onunla tanıĢ olmağa, bələdləĢməyə 
sövq edir. Ona görə də diqqətimizi özünə cəlb edir. 
Diqqətin fizioloji əsaslarını baĢa düĢməyə Ġ.P.Pavlovun 
kəĢf etdiyi «
optimal oyanma ocağı
» haqqında təlim də xüsusi 
rol oynayır. Bu təlimə görə baĢ beyin yarımkürələrində hər an 
oyanma üçün optimal Ģəraitin olması ilə xarakterizə olunan 
yüksək oyanma ocağı mövcud olur. Sinir proseslərinin 
induksiyası qanununa görə isə beynin bir sahəsində yaranan 
oyanma prosesləri baĢ beynin digər sahələrində ləngimə 
yaradır və əksinə. Diqqətimiz məhz həmin oyanma sahəsilə 
bağlı olur. Oyanma nə qədər güclü olursa onun ətrafındakı 
ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı 
bir maraqlı kitabı oxuduğumuz zaman ona o qədər aludə 
oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.
Bundan 
baĢqa 
diqqətin 
fizioloji 
əsaslarının 
aydınlaĢdırılması üçün A.A.Uxtomskinin irəli sürdüyü 
dominantlıq
prinsipi
də böyük rol oynayır. Dominant oyanma 
sahəsi optimal oyanma sahəsindən yüksək davamlılığı ilə 
fərqlənir. Belə dominant oyanma ocağı nəinki yeni yaranan 
oyanma ocaqlarını ləngdir, həm də onların hesabına güclənir. 
Məsələn, gərgin zehni fəaliyyətlə məĢğul olan Ģəxslərə kənar 
qıcıqlandırıcı təsir etdikdə onların əvvəlki problem üzərinə 
yönəlməsi daha da güclənir. Bu halda sanki bütün qüvvələr 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin