www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 192
192
V. 17. 4. Qabiliyyət və talantın təbii Ģərtləri Təbii imkanlar və qabiliyyət . Qabiliyyətlərin insanda
necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb
etmiĢdir. Artıq psixologiyada belə bir fikir əsaslandırılmıĢdır
ki, Ģəxsiyyətin bütün baĢqa fərdi-psixi xassələri kimi
qabiliyyətlər də insan tərəfindən hazır Ģəkildə, təbiətin ona
verdiyi fitri, anadangəlmə bir Ģey kimi əldə edilmir, həyat və
fəaliyyətdə formalaĢır. Bununla belə qabiliyyətlərin fitriliyini
inkar etmək hec də mütləq səciyyə daĢımır. Psixologiyada
belə bir müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət
sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan
təbii imkanlarla doğulur. Bu imkanlar qabiliyyətlərin
inkiĢafının təbii ilkin Ģərtləri kimi özünü göstərir. Onlar beyin
qurluĢunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional
xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, təbii
imkanlardırlar. Həmin imkanlar yalnız müvafiq Ģəraitin, təlim
və tərbiyənin təsiri altında bu və ya digər fəaliyyətin
müvəffəqiyyətlə
icrasını
təmin
edən
qabiliyyətin
formalaĢmasına gətirib çıxara bilər. Əgər belə Ģərait
yaranmazsa həmin imkanlar yalnız imkan səviyyəsində
qalacaq, qabiliyyətə çevrilməyəcəkdir. Çünki hər cür
qabiliyyət nəyə isə, hər hansı bir konkret insan fəaliyyəti və ya
fəaliyyətləri üçün qabiliyyətdir. Əks halda «qabiliyyət» sözü
mənasız bir sözə çevrilərdi.
Ümumiyyətlə götürdükdə təbii imkanlar çoxmənalı,
çoxcəhətli xarakter daĢıyır. Belə ki, fəaliyyətin verdiyi
tələblərin xarakterindən asılı olaraq eyni təbii imkanların
əsasında müxtəlif qabiliyyətlər inkiĢaf etdirilə bilər.
Hazırkı dövrdə təbii imkanların qabiliyyətlərin inkiĢafı
üçün az və ya çox təsir göstərməsi barədə müxtəlif fikirlər
mövcuddur.
Məsələn, müasir fiziologiyada belə bir fikir irəli
sürülür ki, nitqin hərəki mərkəzi beyinin sol yarım kürələrinin