www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 194
194
əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmiĢdir ki, talant ya
ata, ya da ana xətti ilə nəsildən nəsilə keçir. Lakin Haltonun
gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini
əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmiĢdir.
Bununla belə mütəxəssislər belə bir fikrə gəlmiĢlər ki, əksər
hallarda görkəmli Ģəxsiyyətlərin nəsil ağacının öyrənilməsi
bioloji irsiyyət deyil, həyat Ģəraitinin, qabiliyyətlərin inkiĢafı
üçün zəruri olan əlveriĢli ictimai Ģəraitin irsi xarakter
daĢımasını sübut edir.
Ümumiyyətlə, aparılmıĢ tədqiqatlar və ciddi statistika
qabiliyyət və talantların irsiliyi barədə heç bir əsas vermir. Bu
və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və
talantın irsən keçməsi demək deyildir. Qabiliyyətlərin
yaranması üçün zəruri olan təbii imkanlar yalnız müvafiq
Ģəraitdə qabiliyyətin formalaĢmasına gətirib çıxara bilir.
V. 17. 5. Qabiliyyətlərin formalaĢması Qabiliyyətlər və təlim. Qabiliyyətlərin
formalaĢmasında ən önəmli rolu təlim oynayır. Təbii
imkanlardan danıĢarkən qeyd olunduğu kimi,
qabiliyyətlərin inkiĢafı müxtəlif adamlarda heç də eyni cür
olmayan təbii ilkin Ģərtlərdən asılı olsa da, qabiliyyətlər daha
çox bəĢər tarixinin məhsuludur. Ġnsan bəĢəriyyətin əldə etdiyi
təcrübəni, bilik sərvətlərini mənimsəmədən müvafiq
qabiliyyətlərə yiyələnməsi mümkün deyildir. Bununüçünsə
təlim xüsusi yer tutur. Ġnsanlar təlim prosesində tarixən əldə
edilmiĢ nailiyyətlərə yiyələnməklə, öz qabiliyyətlərini
formalaĢdırırlar. A.V. Petrovski və M.Q.YaraĢevskinin qeyd
etdikləri kimi «qabiliyyətlərin təzahürü insanların tarixən
ictimai tələbatlara cavab vermək məqsədilə əldə etdikləri
müvafiq bilik, bacarıq və vərdiĢlərin formalaĢmasının konkret
iĢ pryomlarından (metodikadan) bilavasitə asılıdır».