www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
220
220
getdikcə söz ehtiyatı artır və üçüncü yaĢın axırında 300-400-ə
çatır. 1 yaĢ 10 aylıqdan baĢlayaraq uĢaq ayrı-ayrı sözləri
cümlədə birləĢdirməyə baĢlayır. Nitqin inkiĢafı əsasında uĢaq
əĢyaları ən parlaq zahiri əlamətlərinə görə qruplaĢdırmağa
baĢlayır. Bunu ümumiləĢdirmənin
ilkin mərhələsi kimi qeyd
etmək mümkündür. Bu dövrdə psixikanın əsas formaları olan
hafizə (tanıma Ģəklində), əyani-əməli təfəkkür, diqqət,
qavrayıĢ fəal Ģəkildə inkiĢaf etməyə baĢlayır. Ġkinci yaĢda
uĢaq yaxın adamları və obyektləri qavradıqdan bir neçə həftə,
üçüncü yaĢda bir neçə aydan sonra tanıya bilir. Tanıma ilə
yanaĢı qavranılmıĢ əĢyaların xatırlanması da inkiĢaf edir.
Erkən uĢaqlıq
dövründə
nitqin
inkiĢafı ilə bağlı olaraq
təfəkkür,
xüsusilə
əyani-əməli təfəkkür
də inkiĢaf edir. Lakin
bu dövrdə uĢaqlar öz fikirlərini
sözlə ifadə edə bilsələr də,
onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub,
bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uĢaqların fikri
fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur.
Erkən uĢaqlıq yaĢında diqqətin
yeni xüsusiyyətləri özünü
göstərir. UĢağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol
oynayır. Söz siqnalları uĢağın
diqqətinin müəyyən obyektə
yönəlməsinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiq-
liyinə əsaslı təsir göstərir. Böyüklərin tələbi ilə uĢaqlarda
ixtiyari diqqətin inkiĢafı üçün Ģərait yaranır.
Ünsiyyət prosesində uĢağın biliyi,
təcrübəsi tədricən
artır. Nəticədə uĢaqda ixtiyari qavrayıĢın - müĢahidənin
inkiĢafı üçün Ģərait yaranır. Burada böyüklərin uĢağın
qavrayıĢını təĢkil etməsi əsas rol oynayır.
Dostları ilə paylaş: