MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə411/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   407   408   409   410   411   412   413   414   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
228 
228 
əsasında aparmaq meyli yüksəlir. Bağça yaĢı dövrünün 
əvvəllərində uĢaqlar hadisənin mahiyyətini baĢa düĢə 
bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğün olmayan 
hökmlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu 
dövrdə uĢaqlarda təfəkkürün inkiĢafı əyani-əməli, əyani-
obrazlı və sözlü-məntiqi təfəkkür istiqamətində gedir. Bağça 
yaĢının sonunda uĢaqlarda sözlü-məntiqi təfəkkürün inkiĢaf 
etməyə baĢlaması artıq onlarda sözlərə istinad etməyin və 
mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir. 
Bağça yaĢı dövrdə uĢağın 
nitq
inkiĢafında da əsaslı 
irəliləyiĢ baĢ verir.
Bağça yaĢı dövründə uĢaqların nitqi daha əlaqəli 
xarakter daĢımaqla dialoq forması əldə edir. Erkən uĢaqlıq 
dövrü üçün xarakterik olan nitqin situativliyini bu dövrdə 
kontekstli nitq tutmağa baĢlayır ki, bu da dinləyicidən 
situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə 
nisbətən bağça yaĢlı uĢaqlarda daha mürəkkəb, müstəqil nitq 
forması olan müfəssəl (geniĢ) monoloji ifadə forması təzahür 
və inkiĢaf edir. 
Bu dövrdə nitq inkiĢafının digər sahələrində də irəliləyiĢ 
baĢ verir. Hər Ģeydən əvvəl uĢağın söz ehtiyatı artır, təxminən 
3000-4000-ə çatır. Bunlardan xeyli hissəsi (təxminən 1500) 
passiv söz ehtiyatı olur. UĢaqlarda nitqin fonetik və 
qrammatik cəhətdən inkiĢafı baĢ verir. Bütün bunlara 
baxmayaraq həmin dövrdə bəzi uĢaqlar bəzi səsləri, məsələn, 
r , l, Ģ səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Belə 
qüsurlar uĢağın nitq orqanları inkiĢaf etdikcə, düzgün təlim-
tərbiyə sayəsində tədricən aradan qalxır. 
Məktəbəqədər yaĢ dövründə dialoji nitqin inkiĢafı və 
təkmilləĢməsi ilə yanaĢı, monoloji nitq də inkiĢaf etməyə 
baĢlayır. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin